ŞEŞƏLƏTMƏ (ID - 37197)“Şeşələtmək”dən f.is.
|
ŞEŞƏLƏTMƏK (ID - 37198)bax şeşələmək. Şeşələtdi bığlarını; Gözlərin rövşən elədi. Aşıq Ələsgər.
|
ŞEŞƏLİK (ID - 37199)is. Lovğalıq, dikbaşlıq, təşəxxüs.
|
ŞEŞLİ (ID - 37200)sif. İçində şeşi olan, yivli, xırlı. Şeşli lülə.
|
ŞEŞPƏR (ID - 37201)is. [fars.] Altıdilli toppuz - qədim silah. [Dəmirçioğlu:] Mən onun nə qılıncından qorxuram, nə şeşpərindən. “Koroğlu” . Keçdi xəyalından əlində şeşpər; Qıratın belində baban Koroğlu. Ə.Ziyatay.
|
ŞEVALYE (ID - 37202)is. [fr.] Feodal Fransada zadəgan rütbəsi.
|
ŞEVRET (ID - 37203)[fr. shevrette - çəpiş] Qoyun dərisindən hazırlanmış sevroya oxşar dəri. Qoyun dərilərini.. xrom duzu vasitəsilə aşıladıqda ona şevret deyilir. A.Quliyev.
|
ŞEVRO (ID - 37204)[fr.] Keçi dərisindən hazırlanan yumşaq, zərif dəri növü. // Həmin dəridən tikilmiş. [Cavad] ipək arxalıq, mahud çuxa, boz və qiymətli Buxara dərisindən papaq, şevro çəkmə, belində qızıl kəmər, döşündə çarpaz asılmış...
|
ŞEVRON (ID - 37205)is. [fr.] Rəsmi geyimin qoluna vurulmuş bucaqşəkilli tikmə.
|
ŞEVYOT (ID - 37206)[ing. yer adından] Yüngül, yumşaq, incə xovlu yun və ya yarıyun parça növü. Mağazadan üç metr şevyot aldım. // Şevyotdan tikilmiş. Şevyot kostyum. - Baş aqronom ayağa qalxanda, qara şevyot şalvarının qalifeyi körük kimi şişib...
|
ŞEY (ID - 37207)is. [ər.] 1. Məişətdə, işdə və s.-də lazım olan hər hansı bir cisim, maddə, zad, əşya, nəsnə. [Əsgər:] Xanım, sizə yaraşan şeyim çoxdur, ancaq evdədir. U.Hacıbəyov. Müəllimin böyründə qəzetə sarılı iki şey vardı....
|
ŞEYDA (ID - 37208)sif. [fars.] şair. Dəlicəsinə vurğun, eşq divanəsi, məftun (bəzən “şeyda bülbül” tərkibində işlənir). Vaqif bir şeydadır, dolanır bağı; Xəstədir, dərmanı dilbər dodağı. M.P.Vaqif. Qonub pəncərəyə bu halda Osman; Şeyda...
|
ŞEYDABAZ (ID - 37209)is. [fars.] Arvadbaz. Molla şeytan idi, axund şeydabaz; Məşədi, kablayı lotu çıxmışdı. Aşıq Ələsgər.
|
ŞEYDALIQ (ID - 37210)is. Dəlicəsinə vurğunluq, aşiqlik, məftunluq, eşq və məhəbbətdən irəli gəlmiş divanəlik. Şeydalığım oldu aləmə faş; Nifrət qılar oldu yarü yoldaş. Füzuli.
|
ŞEYHƏ (ID - 37211)is. Atın bərk kişnəməsi. Birdən ayıldım, duydum bir bağırtı; Xəncər bərqi, at şeyhəsi, çığırtı. A.Səhhət. // Qışqırıq, bağırtı. □ Şeyhə çəkmək - bərkdən qışqırmaq.
|
ŞEYX (ID - 37212)is. [ər.] 1. Ərəbistanda qəbilə və ya əşirət başçısı. Digər şeyxlər və müridlər də gəlib birər-birər [dərvişin] ətrafına toplaşırlar. H.Cavid. Təriqət başçısı və hər hansı bir təriqətə mənsub olub orada ibadətlə...
|
ŞEYXƏNA (ID - 37213)is. [ər.] Ey şeyx, şeyximiz (şeyxə hörmətlə müraciət). [Hacı Həsən:] Şeyxəna, doğrusu, mən övladdan sarı bədbəxt olmuşam, bir qələtdir eləmişəm. C.Məmmədquluzadə.
|
ŞEYXÜLİSLAM (ID - 37214)is. [ər.] Müsəlmanların dini işlərinə baxan baş ruhani. Həmin günün axşamı Tiflisdə iqamət edən Zaqafqaziyanın şeyxülislamı rus dilində ... bir teleqram aldı. E.Sultanov. // Şiələrin baş ruhanisi. Şiələrin ruhani idarəsinin...
|
ŞEY-MEY (ID - 37215)dan. bax şey-şüy. Nuşapəri xanım aşpazdan ayrılıb, şey-meyini götürüb getdi. (Nağıl).
|
ŞEYPUR (ID - 37216)is. Əyri boru şəklində ağzıgen musiqi və ya siqnal aləti. Bayraq çadırdan çıxarıldığı zaman şeypur səsləri ucaldı, atlılar bir kərə qılınclarını qınından çıxardılar. M.S.Ordubadi. Xanın buyruğu ilə şeypurlar çalındı....
|
ŞEYPURBURUN (ID - 37217)sif Bumunun deşikləri iri və çevrik olan. Şeypurburun adam.
|
ŞEYPURÇALAN, ŞEYPURÇU (ID - 37218)is. Şeypur çalan çalğıçı, şeypurla siqnal verən. Musiqi komandasının şeypurçusu.
|
ŞEY-ŞÜY (ID - 37219)is. Hər cür lazımi şeylər, avadanlıq, müxəlləfat və s. [Kərbəlayı Fatma xanım:] Ay qız, hələ tələsmə. Qoy hələ görək. Gedib şey-şüyü gətirib bura tökmə. C.Məmmədquluzadə. [Qız:] Getdim, çağırdım, dedim ki, kooperativdə...
|
ŞEYTAN (ID - 37220)is. [ər.] 1. Dini təsəvvürlərə görə şəri təmsil edən mövhum varlıq; cin, iblis (dini əfsanələrə görə mələklərdən olub, guya Adəm peyğəmbərə səcdə etmədiyinə görə göydən qovulmuş və o zamandan bəri insanları pis...
|
ŞEYTANAĞACI (ID - 37221)is. bot. İynə kimi tikanları olan bəzək ağacı. Şeytanağacı 20 metr hündürlüyündə, iri və budaqlanan tikanlara malik, qışda yarpağı tökülən ağacdır. Xırda çiçəkləri may-iyun aylarında açılır, iri meyvələri sentyabrda...
|
ŞEYTANCASINA (ID - 37222)zərf Şeytan kimi; iblisanə, xaincəsinə.
|
ŞEYTANÇILIQ (ID - 37223)dan. bax şeytanlıq.
|
ŞEYTANDIRNAĞI (ID - 37224)is. Dırnağın dibində siyrilmiş dəriciklər.
|
ŞEYTANDOLAŞIĞI (ID - 37225)bax şeytandüyünü.
|
ŞEYTANDÜYÜNÜ (ID - 37226)is. Çox çətin açıla bilən düyün. ipə lap şeytandüyünü vurmusan.
|
ŞEYTANFİKİRsif (ID - 37227)[ər.] Fikri-zikri adamlara pislik etmək, araqarışdırmaq, fitnə-fəsad salmaq, iblislik etməkdən ibarət olan adam haqqında. [Bayram:] Namaz bir tamahkar, şeytanfikir adamdır. M.F.Axundzadə.
|
ŞEYTANI1 (ID - 37228)is. Tətik (odlu silahda). [Vəli Tarverdiyə:] ..Əgər ayaq geri qoysan, şeytanını çəkib qarnını tüstü ilə doldurram. M.F.Axundzadə. Onlar dayanıb özlərini toxtatdılar. Hər ikisinin əli birdən tüfənglərin şeytanını çəkdi, qoşagüllə...
|
ŞEYTANI2 (ID - 37229)is. tib. Kişilərdə adətən yuxuda qeyri-iradi olaraq toxumtökmə hadisəsi. Şeytanı olmaq.
|
ŞEYTANİ3 (ID - 37230)sif. [ər.] Şeytana xas olan, şeytana layiq olan; şeytancasına, ibliscəsinə.
[Yaşlı kişi:] Şeytani fikirlər bir anda başımdan silinib getdi. S.Hüseyn. |
ŞEYTANLAMA (ID - 37231)“Şeytanlamaq”dan f.is.
|
ŞEYTANLAMAQ (ID - 37232)f Gizli olaraq vermək, xəbər aparmaq, casusluq etmək, çuğullamaq, satmaq. [Mehdi:] Məni şeytanladılar. C.Cabbarlı. Elə bu vaxtlar o, kooperativ müdiri olan otuz yaşlı qardaşını şeytanladı. Ə.Əbülhəsən.
|
ŞEYTANLIQ (ID - 37233)is. Xəbərçilik, casusluq, çuğulluq. [Dəmirqaya:] Mirzəağa məni aldadıb. O casusdur. Mən onun etdiyi şeytanlıqlara şahidəm. H.Nəzərli. □ Şeytanlıq etmək (eləmək) - xəbərçilik etmək, çuğulluq etmək, casusluq etmək, xəbərçiliklə,...
|
ŞEYTANSİFƏT (ID - 37234)sif. [ər.] Şeytana oxşayan, şeytan kimi, şeytan xasiyyətli. [Sənəm:] Kişi, keçən keçibdir, Allah şeytana, şeytansifətə lənət eləsin. Ə.Haqverdiyev.
|
ŞEYTANŞAPALAĞI (ID - 37235)is. Çox balaca adam haqqında. Bu kişi lap şeytanşapalağıdır. - [Oğlan:] Bir bunun sir-sifətinə bax, elə bil ki, şeytanşapalağıdır. P.Makulu.
|
ŞEYTAN-ŞEYTAN (ID - 37236)zərf Bic-bic. Pərşan .. gah xəyala gedir, gah da şeytan-şeytan Qaraşa baxaraq pıçıldayırdı. M.İbrahimov.
|
ŞEYTAN-ŞUĞUL (ID - 37237)is. Xəbərçi, çuğul, adamsatan. El-oba Nəbini öz gözünün didəsi kimi qoruyub saxlasa da, Sarımsaqoğlu kimi şeytan-şuğul qızıl vədindən ötrü işə girişirdi. S.Rəhimov. [Xalıqverdi Paşa bəyə:] Mənim haqqımda deyilənin hamısı...
|
ŞEYTƏNƏT (ID - 37238)[ər.] klas. Şeytanlıq, iblislik; hiylə, fitnə, fəsad. [Bu ləkə] Naxçıvan ilə Lənkəran qulluqçularının içinə çox vaxtdan bəri düşən şeytənət ləkəsidir. C.Məmmədquluzadə. Otellonun poruçiki, Yaqo ki onun ziri-dəstində qulluq...
|
ŞEZLONQ (ID - 37239)is. [fr.] Yüngül, mütəhərrik kreslo.
|
ŞƏB (ID - 37240)is. [ər.] köhn. Gecə.
|
ŞƏBAB(ƏT) (ID - 37241)is. [ər.] klas. Gənclik, cavanlıq. Fəqət bahari-şəbabımda bir çiçək buldum; Qaçırdım əldən, onun həsrətilə məhv oldum. H.Cavid. [Əmir qızlara:] Bir nəğmə çalın, həm oxuyun qəlbimi şad eyləyəsiz; Həm şəbabətdə keçən...
|
ŞƏBAHƏT (ID - 37242)is. [ər.] Oxşarlıq, bənzərlik. Hamısı kafirə bənzər o haramzadələrin; Nə müsəlmanlığa onlarda şəbahət var idi. M.Ə.Sabir. Bu uşaqların yalnız adında yox, sifətində və taleyində də şəbahət gördü. Mir Cəlal.
|
ŞƏBAN (ID - 37243)is. [fars.] Qəməri ərəb təqvimində səkkizinci ayın adı. Həmişə şəban, bir yol da ramazan. (Məsəl). Şəbanda gərçi bir neçə gün içmədim şərab. S.Ə.Şirvani. indi şəbanın onun idi. S.Hüseyn.
|
ŞƏBBU, ŞƏBBUGÜLÜ (ID - 37244)is. [fars.] Axşamçağı və gecə ətirsaçan rəngbərəng gül; mixəkgülü. Şəbbugülü Azərbaycanda geniş becərilən ətirli bəzək bitkilərindəndir. H.Qədirov. Xiyabanın hər iki tərəfini xeyri, şəbbu, qırmızı zanbaq və sair...
|
ŞƏBÇİÇƏK (ID - 37245)is. bot. Gecələr açılan çiçək növü. [Nisə xanım:] Sənin üçün buket bağlamaq istəyirdim. Sədəf, amma nə qərənfil tapdım, nə şəbçiçək. Ə.Məmmədxanlı.
|
ŞƏBƏDƏ (ID - 37246)is. [ər.] Rişxənd, ələ salma, araya qoyma; hoqqabazlıq. [Knyaz:] Yapdığın şəbədələr gizli deyil. H.Cavid. □ Şəbədə qoşmaq, şəbədəyə qoymaq - rişxənd eləmək, ələ salmaq, söz qoşmaq. [Hüseyn:] indi mənim dalımca şəbədə...
|
Bu səhifə dəfə baxılıb