İzahlı lüğət

ŞEYDA

sif. [fars.] şair. Dəlicəsinə vurğun, eşq divanəsi, məftun (bəzən “şeyda bülbül” tərkibində işlənir). Vaqif bir şeydadır, dolanır bağı; Xəstədir, dərmanı dilbər dodağı. M.P.Vaqif. Qonub pəncərəyə bu halda Osman; Şeyda bülbül kimi edirdi əfğan. H.K.Sanılı. [Vaqif:] Oxu bu naməni, əzizim Eldar; Qoy mənim dərdimi dinləsin dağlar; Bir tərlan xəyallı, qəlbi xəstəyəm; Bir şeyda bülbüləm, daş qəfəsdəyəm. S.Vurğun. □ Şeyda olmaq - dəlicəsinə vurulmaq, məftun olmaq. Zimistan qəhrini çəkən bülbüllər; Şeyda olsun, gülüstana can desin. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed