İzahlı lüğət

ŞEYTANLIQ

is. Xəbərçilik, casusluq, çuğulluq. [Dəmirqaya:] Mirzəağa məni aldadıb. O casusdur. Mən onun etdiyi şeytanlıqlara şahidəm. H.Nəzərli. □ Şeytanlıq etmək (eləmək) - xəbərçilik etmək, çuğulluq etmək, casusluq etmək, xəbərçiliklə, çuğulluqla məşğul olmaq, şeytanlamaq. [Namaz:] indi məlum olur ki, belə ustalıq ilə söz qayırmaq, şeytanlıq eləmək onların işi imiş. M.F.Axundzadə. [Həsən:] Sən bir fikir elə, qol saatın ilə bilərziyini aparsam, Allahın izniylə on pud qənd alaram, heç də gətirib burada satmaram ki, şeytanlıq edib tutdursunlar. Qantəmir. [Sərvinaz:] [Fətişin] şeytanlıq eləyib, camaatı nahaqdan tutdurmasından deyəydi. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed