İzahlı lüğət

ŞƏBAB(ƏT)

is. [ər.] klas. Gənclik, cavanlıq. Fəqət bahari-şəbabımda bir çiçək buldum; Qaçırdım əldən, onun həsrətilə məhv oldum. H.Cavid. [Əmir qızlara:] Bir nəğmə çalın, həm oxuyun qəlbimi şad eyləyəsiz; Həm şəbabətdə keçən günləri yad eyləyəsiz. U.Hacıbəyov. Qocaldım, gedibdir zamani-şəbabım; Alınmaz sualım, verilməz cavabım. Ə.Nəzmi. □ Şəbabətə yetmək - gənclik dövrünə yetmək (ayaq basmaq), cavanlıq dövrü başlamaq. Cavan qızın sinni şəbabətə yetmişdi. Zahir və batində çocuqluq əsərləri məhv olub gedirdi. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed