İzahlı lüğət

ŞƏXSİ

sif. [ər.] Bir şəxsə, adama məxsus (aid) olan, şəxsən onun özü üçün olan, özünün. Budur, bu məclisə yığışanların hamısı öz şəxsi həyatlarını, hörmətlərini təhlükə altına salaraq gəlmişlər. S.Rəhman. // Bir şəxsin özünə məxsus olan, onun istifadəsində olan; xüsusi. Şəxsi mülk. Şəxsi maşın. // Ayrıca bir şəxsə aid olan, ancaq ona xidmət edən. Şəxsi katib. Şəxsi mühafizə dəstəsi. // Müəyyən şəxsə xas olan. Şəxsi fikir. Şəxsi rəy. Şəxsi təcrübə. // Bir şəxsin xüsusi ailə həyatına, ailə münasibətlərinə aid olan. Başqalarının şəxsi həyatına qarışmaq. Şəxsi həyatları yaxşı deyil. // Şəxsiyyətə aid. Vətəndaşların şəxsi hüquqları. Şəxsi toxunulmazlıq. Şəxsi vəsiqə. // Müəyyən şəxsə yönəldilmiş, ona toxunan. Şəxsi təhqir. Mən bunu özümə şəxsi həqarət sayıram.
□□ Şəxsi heyət - hər hansı bir idarədə, müəssisədə, hərbi hissədə və s.-də xidmət edən şəxslərin heyəti. Şəxsi iş - bir idarədə, müəssisədə, hərbi hissədə xidmət edən və ya bir yerdə oxuyan şəxsə aid sənədlərin məcmusu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed