İzahlı lüğət

ŞOĞƏRİB

is. və sif. dan. Xoşagəlməz bir şey haqqında yüngül söyüş. [Səfər:] Şoğərib [qənd] o qədər ağırdır ki, çiynimi lap üzüb. Cabbarlı. [Xavəmisə:] Ağlamayıram, soğan şoğəribin acısıdır ki, gözlərim yaşarmışdır.
T. Ş.Simurq. [Hacı:] Görürsənmi, şoğərib adamı necə danışdırır. İndi bir az da içsə, lap müctəhid olacaq. B.Talıblı.
□□ Şoğəribə qalsın! (qalaydı!) - “yiyəsiz qalsın” mənasında qarğış ifadəsi. Kəblə Novruzqulu səsdən təngə gəlib: - Ə... ə... köpək oğlunun malları, şoğəribə qalasınız, xeyrata kəsiləsiniz, - deyə mırıldanırdı. H.Sarabski. [Bəhlul:] Köhnələr demişkən, kaş təzə geyimim şoğəribə qalaydı. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed