İzahlı lüğət

ŞÜBHƏSİZ

1. zərf Mütləq, şəksiz. Şübhəsiz mən də gələcəyəm. Şübhəsiz bu gecə yola düşməliyik. - [Gəray:] Beləliklə o tabe olsa bizə; Şübhəsiz baş əyər hər əmrimizə. A. Şaiq.
2. ara s. Əlbəttə, təbii. O, şübhəsiz, doğru deyirdi. Şübhəsiz, mən onu təhqir etmək istəmirdim. □ (Heç) şübhəsiz ki, şübhəsizdir ki... - yəqin ki, əlbəttə ki, görünür ki, yəqin ki. Şübhəsizdi ki, Əhməd kişi də qızı dediyi sözləri deyəcəkdi. M.S.Ordubadi. Heç şübhəsiz ki, Zərdabiyə qarşı olan şiddətli, həyasız hücum, Seyid Əzim Şirvani kimi qüdrətli bir şair mövcud ikən, cavabsız qalmayacaqdı. M.İbrahimov. [Məmmədov:] Şübhəsiz ki, hamının işlədiyinə baxmayaraq, bu işlərdə [Kərimovun] böyük fəaliyyəti olmuşdur. H.Seyidbəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed