İzahlı lüğət

ŞÜBHƏLƏNMƏK

f . 1. Bir şeyin gerçək olub-olmadığını kəsdirə bilməmək, şübhə etmək, şəkk etmək, inanmamaq. Seyid Əhməd mədaxili az görüb yoldaşından şübhələndi.. Ə.Haqverdiyev. Mehriban şübhələnməyə başladı. S.Hüseyn. Vahid və Rübabəni tanıyanlar arasında elə adam yox idi ki, bu iki cavanın evlənəcəyinə şübhələnsin. Mir Cəlal.
2. Gümanı getmək, güman etmək, zənn etmək. Dağda dərviş gəzdiyini ömründə xəbər verən yox idi. Mən bundan şübhələndim. A.Divanbəyoğlu. Məhərrəm onun başqa bir aləmdən gəlmiş fövqəladə insan olduğuna şübhələnirdi. H.Nəzərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Ş

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed