İzahlı lüğət

ŞÜMAL

sif. 1. Yeni dikəlib göyərən budaq, zoğ. Çəkil şümalı. - Bir şümal pöhrəni; Bir vurğuda qələm elədi; Və qürurla dedi; Ovxarını gördünmü baltanın? R.Rza.
Düz, hamar. Sahildəki şümal və ziləv daşların bir parası yuyulub təmizləndikdən sonra daha parlaq görünür. Ə.Vəliyev. Yunis bıçağa işarə etdi: - Yaxşı itilənsə, yüz əlli ödəyərsən. Bu taxta qurudur, şümaldır. Mir Cəlal.
məc. Yeniyetmə, boylu-buxunlu. Məmməd bəy on iki-on üç yaşında alagözlü, qumralsaçlı, genişkökslü, şümal bir oğlandı. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed