İzahlı lüğət

ŞƏLƏ

is. Arxada aparıla biləcək qədər bağlanmış yük (şax, odun və s.). Şələ bağlamaq. - [Niyaz:] Sən də ki odunçusan, hər gün gəlib, burada bir şələ odun tapırsan, deyirsən, bəxtim gəlib. Ə.Haqverdiyev. Bir gün eşq sevdasından məst olmuş Nadir dalında bir şələ odun gətirdi. B.Talıblı. [Gülcahan:] Get, meşənin ətrafından quru odun budaqlarından bir şələ topla gətir. T.Ş.Simurq.
□□ Şələni qoy, gəl dalaşaq (döyüşək) - heç bir səbəb olmadan dalaşmağa can atan adam haqqında. [Kişi:] Gördüm ki, bu oldu şələni qoy yerə, gəl döyüşək. “Kirpi” . Şələsini sudan çıxarmaq (çıxara bilmək) - bax çulunu sudan çıxarmaq (“çul” da). [Xanpəri:] Bu gündən sübut edəcəyəm ki, mənim heç kimə minnətim yoxdur. Özüm öz şələmi sudan çıxara bilərəm. Ə.Vəliyev. Şələsini tutmaq - bax yükünü tutmaq (“yük” də).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed