İzahlı lüğət

ŞƏKİLLİ

sif. 1. İçində şəkillər olan; rəsmli. Şəkilli jurnal. Şəkilli məcmuə. - Qonça şəkilli kitabı istəyir, Aqil vermir, bacısına gözlərini ağardırdı. Ə.Vəliyev.
məc. Gözəl, göyçək, qəşəng, gözə xoşgələn, gözəşirin. Yaylığı kirli balam; Qəlbi fikirli balam; Cahıl-cuhul içində; Mənim şəkilli balam. (Bayatı). Biri sərtasər ağ, həm siyah telli; Biri buğdayıdır, alma şəkilli. M.P.Vaqif. [Nəcibə] alagöz, ağbəniz, qırmızıyanaq, qara şəvəsaç, ucaboy, şəkilli.. ceyran kimi bir qızdır. Mir Cəlal.
Adətən rəqəmlərlə - səhnədə və ya kinoda göstərilən əsərin neçə şəkildən ibarət olduğunu bildirir. 10 şəkilli əsər. - Səməd Vurğun şerinin yüksək inkişaf nümunəsi, şübhəsiz ki, şairin 1938-ci ildə yazdığı on bir şəkilli “Vaqif' adlı dramatik poemasıdır. M.Arif.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed