İzahlı lüğət

ŞAL

is. 1. Yundan və s.-dən toxunmuş böyük baş örtüyü. ipək saçaqlı şal. Tirmə şal. - Köçən qızı şal, yaxud çarşaba bürüyüb, o yığıncağın bir səmtində otur dardılar. R.Əfəndiyev. Sənəm dönüb, otaqdan yun şalını götürdü. S.Rəhimov.
2. Nazik, yumşaq yun parça. [Kişinin] əynində qara şaldan beli büzməli don vardı. H.Sarabski. Güllü arvad sumağı şaldan genbol qırmızı tuman, yaxası və qolunun ağzı baftalı uzun arxalıq geymişdi. Ə.Əbülhəsən. // Şaldan tikilmiş. Şal paltar. - ..[Ərşadın] əynində əldətoxunma yun şal pencək-şalvar.. gəldi. İ.Əfəndiyev. Kəşmiri şal - vaxtilə Hindistanın Kəşmir vilayətindən gətirilən zərif, yumşaq və spesifik naxışlı yun parça, şal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Ş

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed