ŞİKAYƏTis. [ər.] 1. Öz halından və ya başına gələn bir dərd və acıdan ah-zar etmə; məmnuniyyətsizliyini izhar etmə; giley. İllər ayrısıyam, gəl qucaqlaşaq; Sevdiyim, şikayət zamanı deyil. Q.Zakir. Ata-anasını görcək qız həyatından şikayətə başlardı. H.Sarabski. Bu nə şikayətdir, bu nə nalədir? B.Vahabzadə. □ Şikayət etmək (eləmək) - narazılığını, məmnunsuzluğunu bildirmək, gileylənmək, ah-zar etmək. Xəstəliyindən şikayət etmək. - Şikayət eyləmə, biganədən səfa gəlməz; Nə gəlsə başına, ey xəstə, aşinadəndir. S.Ə.Şirvani. [Mirzağa] hər zaman şikayət edər, keçmiş günləri xatırlar, onların geri qayıtmasını arzu edərdi. S.Hüseyn.
2. Birinin haqsızlığı və düzgün olmayan hərəkəti barəsində rəsmi şəkildə verilən məlumat, ərizə. [Qasıməli:] Xala, qlava Xudayar bəyin şikayətinə görə oğlun Vəliqulunu tutub atdı dama. C.Məmmədquluzadə. □ Şikayət etmək - 1) birinin özü barəsində edilən haqsızlıq haqqında rəsmi məlumat vermək. Kimin İskəndər bəyin əlindən hökumətə şikayət etməyə cürəti vardı? Ə.Haqverdiyev; 2) şikayətlənmək. Birindən şikayət edəsən əgər; Danışmağa qoymaz, sözünü kəsər. Q.Zakir. Paylaşın - Hamı bilsin
|