İzahlı lüğət

ŞİL-KÜT

şil-küt etmək (eləmək) - bərk döyüb əzişdirmək, qol-qabırğasını sındırmaq, şikəst eləmək, çolaq eləmək. [Hacı Qara:] Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən dincəlməz. M.F.Axundzadə. [Günəş Araza:] Mən arvadlığımla bunların hər üçünü şil-küt edib yola salaram. A.Şaiq. Şil-küt olmaq - bərk döyülməkdən şikəst olmaq, bədəni əzik-əzik olmaq, hərəkətsiz hala düşmək; // məc. Sınıq-sınıq olmaq, qırılmaq, sınıb tökülmək. Şil-küt olmuş ağaclar yaralarını sağaldır, şivləyirdi. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed