İzahlı lüğət

ŞUMAL

sif. 1. Hündür, düz, sərrast. Şumal çinar. Şumal ağac. - Tikildi divarlar, şumal dirəklər. M.Müşfiq. [Yunis:] Bu taxta qurudur, şumaldır. Mir Cəlal.
2. məc. Ucaboy, boy-buxunlu, təndürüst, qədd-qamətli. Şumal oğlan. Şumal qız. -Aşağı tərəfdə samovarın yanında ev xanımı oturmuşdu. Irigözlü, uzunkirpikli şumal bir qız çay fincanları(nı) düzməkdə idi. Çəmənzəminli. Heybət qabaqdakı qıvrımsaçlı, qarayanız, şumal oğlana müraciət elədi. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed