ŞTANQ[alm.] 1. Bir çox alətlərdə, mexanizmlərdə detal kimi istifadə edilən metal ox. Qazıma ştanqı. - Vışkanın təpəsindən bucurqada sarınan kanatı keçirmək üçün bir blok asılır və dəmir ştanqlara bağlanmış balta quyuya endirilib qaldırılır. S.Quliyev.
2. idm. Ağır atletikada (ağırlıq qaldırmaqda) işlənən, hər iki başına taxılıb çıxarıla bilən disklər bərkidilmiş metal alət. Paylaşın - Hamı bilsin
|