İzahlı lüğət

ŞULUQ

sif. 1. Nadinc, dəcəl, şuluqçu. Şuluq uşaq.
is. Dələduz. Yoluğun nəyi var, şuluğa versin. (Ata. sözü).
is. Hərc-mərclik, qarışıqlıq, qalmaqal, qayda-qanunsuzluq. [Məmmədəli:] Güləndam, itin olum, küçüyün olum, bu ev çox şuluqdur, aman günüdür. N.Vəzirov. ..Məsciddə şuluq başlandı.. M.S.Ordubadi. □ Şuluq salmaq - qarışıqlıq salmaq, qarışdırmaq, pozğunluq salmaq, iğtişaş salmaq, qayda-qanunu pozmaq. [Bülənd:] Dövlət yazır ki, Veys şuluq salıb, beş-on adam tutdurub. Ə.Əbülhəsən.
□□ İş şuluqdur - iş əngəldir, yaxşı deyil, içindən xata çıxacaq. [Süleyman:] Sənin işin şuluqdur. M.İbrahimov. [Kişi:] Bala, bu işlərin axırı şuluqdur. Qantəmir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed