İzahlı lüğət

ŞÜA

is. [ər. ] 1. Günəşdən və başqa bir işıq mənbəyindən çıxan işıq telləri. Günəş şüası. işıq şüası. - ilk baharın yeni həyatverici günəşi, özünün ilıq və munis şüasını ətrafa saçmaqla qışın bıqdırıcı və soyuq havasına qələbə çalmaqda idi. S.Hüseyn. Günəşin şüaları qüvvədən düşmüş və yayda saçdığı hərarəti verməkdən aciz idi. T.Ş.Simurq.
2. xüs. Adətən cəm şəklində. Hər hansı enerjinin yayılma xətti. Rentgen şüaları. istilik şüaları. Radium şüaları.
□□ Şüa xəstəliyi - radioaktiv maddələrin orqanizmə təsiri nəticəsində törəyən xəstəlik.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed