İzahlı lüğət

ŞİŞİRTMƏK

f . Üfürüb doldurmaq, köpürtmək, qabartmaq, şişkin hala gətirmək. Şarı şişirtmək. Ordlarını şişirtmək. - Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Çəmənzəminli. Nəriman əmi ordlarını şişirdərək əlini başına çəkib, məzəmmətlə Murada baxdı. I.Əfəndiyev. // Böyütmək, qabartmaq, artırmaq, yekəltmək. Bostandakı kələmlər enə verir, balqabaqlar qarınlarını şişirdir, pomidorların sifəti qızarırdı. Ə.Vəliyev.
2. Olduğundan daha güclü, daha artıq, daha mübaliğəli şəkildə təqdim etmək, təsvir etmək, söyləmək. Məsələni şişirtmək. - Hansı bir yazıçı olur olsun, nə onu qərəzkarlıqla kiçiltmək, nə də qəsdən şişirdib böyütmək olmaz. S.Rəhimov. [Salman:] Yoldaş Şirzad çox tünd gedir, nöqsanları şişirdir!.. M.Ibrahimov.
□□ Özünü şişirtmək - lovğalanmaq, qürrələnmək, təkəbbür satmaq, özünü dartmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed