İzahlı lüğət

ŞİT

sif. 1. Duz qatılmamış, duzsuz. Şit pendir. Şit kərə. - [Mahmud:] Bir kətəyə bax, şit yağı da basıblar arasına, adamın ağzının suyu axır. Ə.Haqverdiyev. // Duzu az, lazımınca duzlanmamış. Şit xörək.
2. məc. Danışığı, hərəkətləri yüngül, qeyriciddi, bayağı; duzsuz. Şit adam. - Zeynalın şit hərəkəti bitməyirdi. A.Şaiq. [Qumru] Bünyada şit görünən bir tərzdə gülümsünüb dedi. Ə.Əbülhəsən. // məc. Dəcəl, sırtıq, üzlü, həyasız, şuluqçu. Bizim şit uşaqlar və başqasına istehza etməkdən zövq alan adamlarla işimiz yoxdur. M.İbrahimov. // Çox maraqsız, duzsuz, ət tökən. Şit söhbətlər. Şit zarafat.
□□ Şit çıxmaq - yerinə düşməmək; yersiz, münasibətsiz, qeyri-ciddi görünmək. Yox, çoban, bu tutmadı, - deyə, Alı güldü, - budəfəki məsələn şit çıxdı. Ə.Əbülhəsən. Şiti çıxmaq - həddindən artıq bayağı görünmək, yersiz olmaq, həddini aşmaq, ifrata varmaq; 2) həddindən artıq çox olmaq, görünmək. Şitini (şitini-şorunu) çıxartmaq - öz hərəkətində hədd-hüdud bilməmək, həddini aşmaq, ağ eləmək, ifrata varmaq. Lap şitini çıxartdıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed