İzahlı lüğət

ŞİVƏ

is. [fars.] 1. Danışma tərzi, tələffüz tərzi, tələffüz. Dostum haman kitabı bükdü, qoydu stolun üstə və durdu, getdi, şkafdan yenə bir köhnə kitab çıxartdı, gətirdi və həmən kitabı iki əlilə yuxarı qalxızdı, şairanə bir şivə ilə mənə dedi. C.Məmmədquluzadə. Tətbiq edəcəkdir yazını şiveyi-türkə. M. Ə.Sabir. Süleyman bəy ağzını açan kimi gördülər ki, hərif dilin dəyişib, daha istanbul şivəsilə danışmır. B.Talıblı. // Üsul, tərz, tövr. [Odabaşı:] Bu başqa bir şivə ilə meydana çıxmışdı. Ə.Haqverdiyev. // dilç. Bir əraziyə, məhəllə aid olan dialektin yerli növü.
Naz, qəmzə, əda, işvə. Canımın cövhəri ol ləli-gühərbarə fəda; Ömrümün hasili ol şiveyi-rəftarə fəda. Füzuli. Zeynal çox mütəəssir idi. Mehribanın xoş bir işvə ilə ona xitab etməsi həyəcanını artırdı. S.Hüseyn.
məc. Hərəkətdə, danışıqda sünilik, saxtalıq, ikiüzlülük. [Laçın bəy:] ..Cəmilin hərəkətləri olub yalan, büxl, şivə, müftəxorluq. N. Vəzirov.
klas. bax şivən. Batdın genə bəxtim kimi bilməm nə qərayə; Qurban sənə, bu şivəyimatəm nə üçündür? S.Ə.Şirvani.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed