İzahlı lüğət

ŞƏVƏ

is. [fars.] 1. Əqiq (qiymətli daş).
2. məc. Qara. Şəvə saç. Şəvə bığ. - [Zabit:] Yox, birdən-birə o şəvə gözlər açılıb adamın üzünə baxanda Günəş qabağında polad kimi şəfəqlənib, ox kimi insanın ürəyindən keçir. E.Sultanov. □ Şəvə kimi - zil qara, qapqara. [Məşədi ibad:] Mən saqqalıma həna qoydum, qoymadım, həmişə qapqara şəvə kimidir. Ü.Hacıbəyov. [Nuriyyə:] [Leytenantın] səsini eşidib, ay işığında şəvə kimi parlayan iri, qara gözlərini görərkən diksindi. i.Əfəndiyev. // Qara rəngli iri, qiymətli muncuq; qara kəhrəba. [Xanımın] ətəyində bir sıra əşrəfi, boynunda qızıllı şəvəsi vardı. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed