İzahlı lüğət

ŞİRƏXANA

is. [fars.] köhn. Şirə (tiryək) çəkilən yer, tiryəkxana. Qoqanda, Tusda hərçənd şirəxana az olmur; Və leyk Rəştdə, yəni Gilanda görməli imiş. M.Ə.Sabir. // Şərabçı dükanı, meyxana. [Ata:] Mənim bir pişiyim olsa, onu da Səfərə vermərəm, oruc tutmaz, namaz tanımaz, ..axşamadək .. şirəxanada oturub çaxır içir. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed