İzahlı lüğət

ŞİR1

is. [fars.] 1. Pişiklər fəsiləsindən qısa, sarımtıl tüklü, iri gövdəli məməli yırtıcı heyvan; aslan. Əlbir olub bir ayı bir şir ilə; Ovladılar dovşanı tədbir ilə. A.Səhhət.
2. məc. Çox qoçaq, qorxmaz, qüvvətli adam haqqında. Qoçaqdı, şirdi balam; Qiblədi, pirdi balam; Gəl, fələk, qıyma mənə; Yazığam, bir di balam. (Bayatı). □ Şir kimi - aslan kimi, qorxmadan, igidcəsinə, qəhrəmancasına. [Gülnar:] Nə var, lap yaxşıdır, şir kimi sağdır; indi ova gedib, bu saat gələr. S.Vurğun. De hansı qəhrəman, hansı komandan; Şir kimi cəbhələr yardığı zaman; Qəşş edib ayağı yerdən üzüldü? B.Vahabzadə. Şirə dönmək - qızmaq, ürəklənmək, cəsarətlənmək. Həlim, mehriban, təmizürəkli Gülbadam birdən-birə şirə döndü. N.Nərimanov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed