İzahlı lüğət

ŞİMAL

is. [ər.] Dünyanın cənuba əks olan cəhəti. Kompasın əqrəbi şimalı göstərir. // Cənuba əks olan səmt, cəhət. Həm buludlar gedir şimala sarı; Gün də qalxır yavaşyavaş yuxarı. A.Səhhət.
2. Yer kürəsinin soyuq və mötədil soyuq iqlim zonasında yerləşən sahəsi. Şimal havası. - Uzaq şimal tayqasında ayaq xizəyində quş kimi süzən bir gənc uca bir küknarın dibində bir anlığa durub tüfəngini çiynindən aşırır. M.Rzaquluzadə. // (Böyük hərflə). Avropa və Asiya qitələrinin lap qurtaracağı boyunca soyuq iqlim zonasında yerləşən ərazi, habelə Yer kürəsinin ona bitişik olan qütb sahəsi; Arktika. Şimal xalqları. Şimal ekspedisiyası.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed