ŞAXIMAQf . Güclü təsir etmək, vurmaq. Qarabağın isti günü şaxıdıqca az qala ağızlarda dili də qurudurdu. Ə.Vəliyev. [Nuriyyə:] Gün dik adamın təpəsindən şaxıdığından biz qayıdıb otağa girdik. İ.Əfəndiyev. [Fizzə xanım:] Nə yağış yağır, nə gün şaxıyır, amma [Nisə xanım] gərək aerodroma da yapon çətiri ilə gələ.. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|