İzahlı lüğət

ŞAHMAT

is. [fars. “şah öldü” ] 1. 64 açıq və tünd xanası olan taxta üzərində 16 ağ və 16 qara fiqurdan hər birini müəyyən qaydalarla hərəkət etdirərək oynanılan oyun. Şahmat da həyat kimidir - mübarizəsiz və ehtirassız oynayanda ləzzət vermir. M.İbrahimov. // Şahmat oyunu üçün fiqurlar komplekti. [Yusif şahmatı bir kənara itələyir:] Həvəsim yoxdur. Qalsın sonraya. M.İbrahimov. [Adil:] Mən bütün şahmat fiqurlarının qabaqcadan əsaslı surətdə .. hərəkət etməsini istəyirdim. İ.Əfəndiyev.
2. Şahmat taxtası kimi (xana-xana şəklində) olan. Dəyirmi binanın ətrafındakı xiyabanın qırmızı əqiq daşları şahmat taxtası şəklində döşədilmişdi. M.S.Ordubadi. Xüsusilə minaatanlar şahmat qaydasilə düz vurur, vzvodun bir addım da olsun irəli getməsinə aman vermirdilər. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed