İzahlı lüğət

ŞİDDƏT

is. [ər.] Qüvvət, güc, kəskinlik, sərtlik. Yaz gəldi, bahar oldu, qışın şiddəti getdi; Qar bitdi, külək yatdı, soyuq axıra yetdi. A.Səhhət. [Mehriban] acılarının şiddətindən çapalarkən .. [Zeynalı] görmək və onun iztirablarından təsəlli almaq istərdi. S.Hüseyn. // Artıqlıq, güclülük, şiddətlilik. Böyükxanım şiddəti-cəhalətdən bu sözlərə qurumuş qalmış(dı). M.S.Ordubadi. □ Şiddət etmək (eləmək, göstərmək) - get-gedə artmaq, güclənmək, qüvvətlənmək, sərtləşmək, kəskinləşmək. Derlər ki, ağlama mənə hicrani-yardən; Eşqim bu pənddən eləyib şiddət, ağlaram.
S. Ə.Şirvani. Naxoşluq getdikcə şiddət etdi. Axırı Şaban sərsəm halətinə gəldi. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed