İzahlı lüğət

ŞADLIQLA

zərf Sevinclə, sevincək, fərəhlə, şad halda, məmnuniyyətlə. [Hüseynqulu:] Birpərdəli bir vodevil belə yazılsaydı, təzə olduğundan çox şadlıqla oynardıq. H.Sarabski. Naznaz telini geri itələyib Qaraşa baxaraq şadlıqla gülümsədi. M.İbrahimov. Sərvinaz cavan ərinə şadlıqla baxıb gülümsədi. İ.Əfəndiyev.
□□ Şadlıqla qalın! - birilə ayrılarkən deyilən xoş arzu ifadəsi. Şadlıqlarda görüşək! matəm yerində birilə görüşərkən deyilən arzu ifadəsi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed