ŞAHİNis. 1. Möhkəm əyridimdikli, uzun, itiqanadlı yırtıcı quş. Şahin, şunqar sürbənizi dağıdar; Boyanarsız qızıl qanə, durnalar! M.V.Vidadi. [Tərxan:] Ovçu şahinə qırqovul neylər! Tükün qanlı caynağında didər! A.Şaiq.
2. məc. Cəsur, mərd, igid, qorxmaz adam haqqında. ...Təbriz, inqilablar ocağı Təbriz; Aslanlar, şahinlər oylağı Təbriz. Şəhriyar. // məc. Obrazlı təşbehlərdə. Təyyarə və təyyarəçilərə verilən təntənəli ad. Bəzən də qartal kimi sən iki qanad üstdə; Şahinlərin qonduğu zirvələrə dayanır... A.İldırım. Paylaşın - Hamı bilsin
|