ŞAH1is. [fars.] 1. Keçmişdə İran və Əfqanıstanda padşahın, hökmdarın titulu, həmçinin bu titulu daşıyan şəxs. [Vəzir:] Qorxma, sənin duan şahın üstündədir. U.Hacıbəyov. imamlar, nəbilər, sultanlar, şahlar; Min il at oynatdı kürəyimizdə. S.Vurğun. Şahmat oyununda: baş fiqur.
məc. Ən birinci, ən yaxşı, ən nümunəvi. Formanın kamilliyi və əsərin bütün ünsürləri arasındakı bədii vəhdətə gəldikdə isə “Ölülər” Azərbaycan dramaturgiyasının şah əsəri sayıla bilər. M.İbrahimov. // Obrazlı təşbehlərdə: seçilən, başda duran, birinci yeri tutan. Gözəllər sultanı, mələklər şahı; Ala gözlü xanım, getmə, amandı. Aşıq Ələsgər. Qızılgül şahıdır bütün güllərin; O hələ qönçədir, yuxusu dərin. N.Rəfibəyli. Arı ailəsində dişi arıya deyilir. Piri kişi Ağca xanıma dedi: - Hər yuvada bir dişi arı olar, ona şah deyərlər. S.S.Axundov. □□ Şah(ın) tənbəli - çox tənbəl, özünü zəhmətə, canını işə vermək istəməyən adam haqqında. [Bahar:] Görmən necə yaxşı arvadam ki, sənin kimi şah tənbəlinə çarıq alıram. Ə.Haqverdiyev. [Ballı və Xallı:] Ay qağa, vallah, özciyəzləri şah tənbəlidirlər. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|