İzahlı lüğət

ŞAGİRD

is. [fars.] 1. İbtidai və ya orta məktəbdə oxuyan uşaq; məktəbli. Məşədi bütün sinifdə ən yaxşı oxuyan şagirdlərdəndir. M.Hüseyn. Teymur müəllim şagirdlərə vətənpərvər bir ruhun tərbiyə olunmasına çox əhəmiyyət verirdi. Ə.Sadıq. Hər hansı bir usta yanında sənət, peşə öyrənən gənc. Dərzi şagirdi. Çilingər şagirdi. - [Cavan oğlan:] Qardaş, - dedi, - burada o kişinin naibi olmamış olmaz! - Var, dedilər, - burada şagirdi var. Mir Cəlal.
Birinin təliminə, məsləkinə, əqidəsinə, işinə tərəfdar olan və onun işini davam etdirən şəxs.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......