İzahlı lüğət

ŞƏFA

is. [ər.] Xəstəlikdən qurtarma, sağalma, yaxşılaşma. Şirin, meyxoş meyvələri; Min bir dərdə şəfa bağlar! Qoynu dolu səfa bağlar! R.Rza. Şəfqət! Nə ülvisən, şəfa səndədir; Ağır xəstələrə dava səndədir. M.Rahim. □ Şəfa tapmaq (bulmaq) - xəstəlikdən qurtarmaq, sağalmaq. Ol vaxt mənim əhvalım o qədər pis deyil idi və İvanov həkimin davalarını yeyib gündən-günə şəfa tapırdım. C.Məmmədquluzadə. Dedim: “- Əl atmasa həkim bıçağa; Xəstə şəfa tapıb, durmaz ayağa” . M.Rahim. Şəfa vermək - sağaltmaq, xəstəlikdən qurtarmaq. Ver şəfa ləbindən, yazığam, mənə; Zəhri-fəraqınla ağulanmışam. Q.Zakir. Ağlar da, için-için edə ah; Bu körpəmə sən şəfa ver, Allah! A.Şaiq.
□□ Şəfa evi - bax şəfaxana. Məktəblərə, şəfa evlərinə, yetim evlərinə ciblərindən pul çıxarıb verən üləmadır. C.Məmmədquluzadə. Allah şəfa versin - xəstələrə sağalma arzusunu bildirən ifadə. [Xala Yunisə:] Gördüm, bala, fağırın [Yaqutun] üzü-gözü çox yanıb, Allah özü şəfa versin. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed