İzahlı lüğət

ŞƏMŞİR

is. [fars.] Qılınc. İş atışmadan ötüb, şəmşir və xəncər ilə bir-birinə həmlə etməyə çatdı. M.F.Axundzadə. Yanımda gər dura cəllad əlində şəmşiri; Ölüm gücüylə mənə hökm edə olum təslim; Əyilmərəm yenə haşa. C.Cabbarlı. □ Şəmşir çəkmək klas. qılıncla vuruşmağa hazırlaşmaq, qılınc çəkmək, qılınca əl atmaq. Şəmşir çəkdi, qətlin üçün gəldi ol pəri; Sandın ki, rəhm edər sənə ol dilruba, könül. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed