İzahlı lüğət

ŞƏN

bax şan1. Getdi şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtidarımız? M.Ə.Sabir. [Səfər bəy:] Xayır, bu heç mənim şənimə yaraşan ad deyil! Qoy desinlər “ət yeyən Səfər bəy” , uyağyeyən Səfər bəy” . B.Talıblı. Mən sevirəm dövlətimi; Onun şəni böyükdür. Ə.Cəmil. □ Şən qazanmaq - şöhrət tapmaq, hörmət qazanmaq, məşhurlaşmaq, ad çıxartmaq. ..Şən qazanmağın özü də, əslinə baxsan, yaxşı sifətlərdən biridir. U.Hacıbəyov. Şəni uca olmaq - ad-san qazanmaq, şöhrətlənmək, xalqın gözündə yüksəlmək. [Vəzir:] ..Əgər sən bir sənət və peşə bilsən, sənin şənin daha da uca olar. U.Hacıbəyov. // Bir adama layiq olan keyfiyyət, sifət, ləyaqət, şərəf. Ələsgər şənində desin dastanı; Fəxr eləsin doğan ana, can desin. Aşıq Ələsgər. Bu haman dayımdır ki, otuz il ondan sonra Sabir onun şəninə bir belə qəzəl yazdı. C.Məmmədquluzadə. [Xan:] Leylanın şəninə onda gərək sən; Burda bədahətən şeir deyəsən. B.Vahabzadə.
□□ Şəninə dəymək (toxunmaq) - özü üçün alçaqlıq hesab etmək, mənliyinə toxunmaq. [Qoca:] Ay Mirzə, niyə bəs kola girirsən? Yoxsa mal otarmaq sənin şəninə dəyir. S.Rəhimov. Şəninə kəsir saymaq - özünə, adma layiq bilməmək, ar bilmək, özü üçün əskiklik saymaq. Deyək lap Müqim bəy bilmədi, yaxud Zərrintac xanım da bu əhvalatı şəninə kəsir sayıb, sirri başqa bir kəsə bildirmədi, bəs onda bu daş-qaşın qədrini kim bilər? S.Rəhimov. Şəninə layiq bilməmək, yaraşdırmamaq (sığışdırmamaq) - özünə layiq bilməmək, öz ləyaqətini gözləmək, nüfuzunu, heysiyyətini saxlamaq. Yadlar ilə danışmaya, gülməyə; Hər sözü şəninə layiq bilməyə; Namünasib yerə gedib-gəlməyə; Namusu, qeyrəti, arı gərəkdir. Q.Zakir. [Səmirə:] Xüsusən ilk beşiyim Kəmalə birinci sinifdən əlaçı olduğu üçün müəllimlərinə zəif cavab verməyi şəninə sığışdırmırdı. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed