İzahlı lüğət

ŞƏNLİK

is. 1. Şadlıq, sevinc, fərəh. O hara gəlsə şənlik gətirir. - Iş keçsə bu surət bir müddət əgər; Qalmaz Qarabağda şənlikdən əsər. Q.Zakir. Bəndalı həmişə evə gələndə bir şənlik, xoşluq gətirərdi. Mir Cəlal.
2. Təntənə, şadlıq məclisi, şadyanalıq, çalıb-çağırma, bayram. Xalq şənliyi. Məktəbdə şənlik keçirilirdi. - Mədəniyyət sarayında bu gün şənlik vardı. S.Rəhman. [Əsgər:] Düşmən pilotu bizi görsəydi, yəqin ki, bir qatar pulemyot gülləsi atar, şənliyimizi pozmağa cəhd edərdi. M.Hüseyn. □ Şənlik etmək (eləmək) - şadyanalıq etmək, deyibgülmək, çalıb-çağırmaq, bayram etmək. Yığışın, şənlik edək, qəmimizin bayramıdır; Sil gözümdən bu yüz ildən bəri göz yaşlarımı. Şəhriyar. ..Şura hökuməti qurulduğuna görə çayqıraqlılar şənlik eləyirlər. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed