İzahlı lüğət

TA

əd. 1. Bir şeyin başlandığı nöqtəni bildirir; lap (ondan sonrakı isim çıxışlıq halda olur). ..Dənizin ta göbəyindən qopub gələn dalğalar .. gəmini bir top kimi atıb-tuturdu. Şaiq. [Tahir] bəlkə də sərnişinlərin hamısından əvvəl pəncərəyə yanaşıb, ta uzaqlardan şəhərə baxırdı. M.Hüseyn. inad və qətiyyət ta uşaqlıqdan [Ərəblinskinin] qəlbinə hakim olmuşdu. S.Rəhman.
Bir işin həddini, qurtaracağını, sonunu bildirir (ondan sonrakı isim yönlük halda olur). Onu ta saat üçə qədər gözlədik. Küçənin ta axırına qədər yüyürdüm. - [Məlik Məmməd] ta sübhə kimi barmağının ağrısından yata bilmədi. Çəmənzəminli. Məktəbin gen, hündür qapısından ta darvazaya qədər olan bir-iki yüz addımlıq ensiz xiyaban bir az kölgəlikdi. Ə.Əbülhəsən. Qayanın altındakı uçurumdan çınqıl süzərək ta dərəyə qədər gedirdi. Bayramov.
Məqsəd bildirir - ta ki, madam ki. Bahadır istədi ki, gizlənsin, ta qız onu görməyə. N.Nərimanov. □ Ta ki - bax ta (3-cü mənada). Ta ki mənzurun olubdur, Qövsi, ol qamət sənin; Yey gəlir min sərvdən bir misrəimövzun sənə. Q.Təbrizi.
Daha, bir də, artıq, bundan belə. [Niyazalı:] Məni öldürmə, ta heç kəsnən işim olmaz. “Qaçaq Nəbi” . // Daha. [Məşədi Ağakişi:] A balam, getmirsən getmə, ta yalan niyə deyirsən? C.Məmmədquluzadə. [Hacı Mehdi:] indi ta mən bir zad bilmirəm. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed