İzahlı lüğət

Torpağa (ID - 36969)

şax ilə (1 -ci mənada) mala çəkmə. // Bax şaxmala.

T (ID - 38087)

Azərbaycan əlifbasının iyirmi yeddinci hərfi. B ax te.

TA (ID - 38088)

əd. 1. Bir şeyin başlandığı nöqtəni bildirir; lap (ondan sonrakı isim çıxışlıq halda olur). ..Dənizin ta göbəyindən qopub gələn dalğalar .. gəmini bir top kimi atıb-tuturdu. Şaiq. [Tahir] bəlkə də sərnişinlərin hamısından...

TAAM (ID - 38089)

is. [ər.] 1. Xörək, yemək, bişmiş. Taam bişirmək. - [Pişxidmətbaşı:] Tapşırmışam, aşpazlar şam üçün taam hazır etməyə məşğuldurlar. M.F.Axundzadə.
2. Yemək, yemə, yemək işi. insafımın və vicdanımın yanında məsul...

TAARÜF (ID - 38090)

is. [ər.] Bir-birini tanıma, birbiri ilə tanış olma, bir-birini tanıma.

TAB (ID - 38091)

is. [fars.] Güc, qüvvət, taqət. Əlinin tabı yoxdur. - Yatmaq üçün gözlərimin xabı var; Dərd çəkməyə mən yazığın tabı var. “Qurbani” . □ Tab (tabı) qalmamaq - gücdən düşmək, taqətdən düşmək, üzülmək. Artıq qollarımda...

TABAQ (ID - 38092)

is. Düyü, buğda və s. hövsərləmək, yaxud şey qoymaq və ya başqa məqsədlər üçün enli taxtadan oyulmuş ağacdan hazırlanan dayaz, girdə, ya uzunsov qab. Böyük tabaqlara buğda töküb isladardılar. H.Sarabski. [Fatma arvad] obaşdandan...

TABAQÇA (ID - 38093)

is. Kiçik tabaq, balaca tabaq. Tabaqçada xəmir yoğurmaq.

TABAQÇALANMA (ID - 38094)

“Tabaqçalanmaq”dan f.is.

TABAQÇALANMAQ (ID - 38095)

bax tabaqlanmaq.
Qızılgül axçalandı; Gülü tabaqçalandı; Can verəndə gəlmədin; Qəbrim də mıxçalandı. (Bayatı).

TABAQÇI (ID - 38096)

is. köhn. 1. Tabaqda şey gəzdirib satan adam. Naməlum şəxs tez-tez saatına baxır, tabaqçı müsəlmandan şeylərini götürüb oradan başqa yerə getməsini tələb edirdi. M.S.Ordubadi.
2. Tabaq qayıran usta.

TABAQLANMA (ID - 38097)

“Tabaqlanmaq”dan f.is.

TABAQLANMAQ (ID - 38098)

f Tabaq kimi enli - yastı olmaq; açmaq. Vaxt yetişib vədə çatanda, qızılgül kolları da düymələnib qönçələnir, sonra tabaqlanıb açır, bağçanın təmtərağını artırırdı. S.Rəhimov. Baharın elə vaxtı idi ki, adam iki göz...

TABAN (ID - 38099)

is. [fars.] köhn. Parlaq, parıldayan, işıqlı.

TABASARANLAR (ID - 38100)

cəm Dağıstanın Tabasaran və XIV rayonlarında yaşayan, iberqafqaz dillərinin ləzgi qrupuna daxil olan bir dildə danışan kiçik xalq və bu xalqa mənsub adamlar.

TABAŞİR (ID - 38101)

is. [fars.] Kimya, rezin və s. sənaye sahələrində işlədilən yumşaq ağ əhəngdaşı. // Həmin əhəngdaşının yazmaq, bir şeyi ağartmaq və s. üçün işlədilən parçası, tozu və ya məhlulu. Divarı tabaşirlə ağartmaq. - Semyonov...

TABAŞİRLİ (ID - 38102)

sif 1. Tabaşir tozu qonmuş, tabaşirə bulanmış. Əlləri bütün tabaşirlidir.
2. Tərkibində tabaşir olan. Tabaşirli məhlul. □ Tabaşirli kağız - üzərinə ağ yapışqan rəngi çəkilmiş kağız.

TABE (ID - 38103)

is. [ər.] Başqasının tabeliyində, hökm və iradəsi altında olan, ondan asılı olan, onsuz heç bir şey edə bilməyən, tabe olan. // sif. Tabe olan, asılı olan, tabeliyə əsaslanan. Tabe dövlətlər. // Is. mənasında. Xidmət üzrə...

TABEİYYƏT (ID - 38104)

[ər.] köhn. bax tabelik. [Şah:] Mirzə Təqi xan, mən də istəmirəm, mənim tabeiyyətimdə olan məmləkətdə zülm olsun. C.Cabbarlı.

TABEL (ID - 38105)

[alm. Tabella] 1. Cədvəl.
2. Fəhlə və qulluqçuların işə gəlibgetmələrini qeydə almaq üçün jetonlu lövhə (habelə jetonun özü) və ya dəftər. Tabelə qol çəkmək.

TABELÇİ (ID - 38106)

is. İdarə və müəssisələrdə işçilərin işə gəlib-getmələrinin tabel üzrə uçotunu aparan işçi.

TABELİ (ID - 38107)

sif.: tabeli mürəkkəb cümlə
qram. - budaq cümləsi baş cümləyə tabe olan mürəkkəb cümlə; məs.: Yasəmən Qaraca qızı səslədi ki, gəlib onun başına su töksün. S.S.Axundov.

TABELİK (ID - 38108)

is. Tabe olma, asılılıq, tabeiyyət. □ Tabelik göstərmək - tabe olmaq. Tabeliyində olmaq - birindən asılı vəziyyətdə olmaq, sərbəst olmamaq. Tabeliyində saxlamaq - özündən asılı vəziyyətdə saxlamaq, sərbəstlik verməmək. Əri...

TABESİZ (ID - 38109)

sif.: tabesiz mürəkkəb cümlə
qram. - iki və daha artıq müstəqil cümlədən düzələn mürəkkəb cümlə; məs.: Hava tutqunlaşır, ətraf dumanlı bir pərdəyə bürünürdü. M.Hüseyn.

TABLAMA (ID - 38110)

“Tablamaq”dan f.is.

TABLAMAQ (ID - 38111)

bax tablaşmaq. Bu dərdə tablamaq müşkül olsa da; Eşqsiz ürəyi daş sanıram mən. B.Vahabzadə. - De, niyə qaçaqsan aran yerindən? - Doğrusu, istiyə tablamıram mən. H.Hüseynzadə.

TABLAŞMA (ID - 38112)

“Tablaşmaq”dan f.is.

TABLAŞMAQ (ID - 38113)

f Tab gətirmək, davam gətirmək, dözmək, tablamaq. [Bayram:] [Pərzadm] ölümünə heç vaxt razı ola bilmərəm və Tarverdiyə də arvad olmağına tablaşmanam! M.F.Axundzadə. [Rüstəm:] Bir az tablaş, səni dəmirçigilə köçürəcəyəm....

TABLI (ID - 38114)

sif. Dözümlü, dayanıqlı, davam gətirən, davamlı. Məni belə tablı edən; Ancaq onun öz əlidir. M.Rahim.

TABLO (ID - 38115)

[fr. tableau] 1. rəss. Şəkil, rəsm, iri şəkil. Güldanın üzərində Bağdad həyatının cürbəcür tabloları var idi. M.S.Ordubadi. Səttar Bəhlulzadənin ilk yaradıcılıq sərgisində 180-dən yuxarı tablo və etüd toplanmışdır. (Qəzetlərdən).
2....

TABOR (ID - 38116)

is. 1. Bir yerdən başqa yerə köçən qaraçı dəstəsi, habelə onların düşərgəsi, atarabası. Dağların ətəyində yerləşən üzüm bağlarının kənarında köçəri qaraçı taboru dincəlir.
Qədimdə: istehkam halına gətirilmiş...

TABSIZ (ID - 38117)

sif. Gücsüz, taqətsiz, qüvvətsiz.

TABSIZLAŞMA (ID - 38118)

“Tabsızlaşmaq”dan f.is.

TABSIZLAŞMAQ (ID - 38119)

f . Tabdan düşmək, taqətsiz olmaq, gücdən düşmək.

TAB(Ü)-TAQƏT, TAB(Ü)-TAVAN (ID - 38120)

TABÜ (ID - 38121)

[Polineziya dilindən] 1. İbtidai xalqlarda: əfsanəvi etiqadlara, mövhumi təsəvvür və zehniyyətlərə görə işlənməsi (dilə gətirilməsi) mütləq bədbəxtliyə səbəb olacaq və buna görə də söylənməsi qadağan olunmuş söz.
2....

TABURET(KA) (ID - 38122)

[rus.] bax kətil 1-ci mənada. Tahir böyründəki taburetdə [Lətifəyə] yer göstərdi. M.Hüseyn. Gülzar.. qayıdıb, yaş taburetkaları divar dibindən çəkdi. İ.Hüseynov.

TABUT (ID - 38123)

is. [ər.] Cənazəni qoymaq üçün iri qutu. Mehralı bəyin tabutunu xanlıq imarətinin bağına qoymuşdular. Çəmənzəminli. Zəfər bayraqlarını başı üstündə tutun; O şəfəqli, o nurlu, o işıqlı tabutun. Ə.Cəmil.

TAC (ID - 38124)

is. [fars.] 1. Hökmdarlıq rəmzi olaraq padşahların başlarına qoyduqları qızıl və cavahiratla bəzənmiş papaq. Padşah bunların ağıl-dərrakəsin görüb, yavaşca durdu ayağa, tacı götürüb qoydu oğlanın başına. (Nağıl). [Vaqif:]...

TACBITRAQ (ID - 38125)

is. bot. Kolluq sahələrdə və meşənin açıq yerlərində bitən çoxillik ot bitkisi.

TACCIQ (ID - 38126)

is. bot. Gülün, ayrı və ya bitişik ləçəklərdən ibarət hissəsi; tac.

TACDAR (ID - 38127)

is. [fars.] Padşah, hökmdar (adətən şahlara, padşahlara təntənəli müraciət zamanı işlədilən epitet). Dedi Xubçöhr: - Ey şəhi-tacdar; Hüzurunda olsam gərək bəxtiyar! M.Ə.Sabir. [Vəzir:] Çox sağ ol, şövkətli, şanlı tacdar!...

TACİK (ID - 38128)

is. Tacikistanın əsas əhalisini təşkil edən irandilli xalq və bu xalqa mənsub adam.

TACİKCƏ (ID - 38129)

sif. və zərf Tacik dilində. Tacikcə kitab. Tacikcə öyrənmək.

TACİR (ID - 38130)

is. [ər.] Ticarətxanası olan; xüsusi ticarətlə məşğul olan adam. [Yaşlı kişi:] Hacı Ramazan adlı bir tacirin ticarətxanasında ayda otuz manat maaşla qulluq edirdim.
S. Hüseyn. [Sultan bəy:] Səni bir tacir oğlana verirəm ki, həmi...

TACİRLİK (ID - 38131)

is. Xüsusi ticarətlə məşğul olma. Qasım bəydə tacirlik damarı daha qüvvətli idi. A.Şaiq. [Əsgər:] ..Mən Hacı Mürsəl oğlu Əsgərəm, sənətim də tacirlikdir. Ü.Hacıbəyov.

TAC-TAXT (ID - 38132)

bax taxt-tac. [Qızıl Arslanı] Həmədana çağırıb hörmət göstərmək və əlahəzrətin tac-taxtına sədaqət göstərməsi üçün təminat almaq lazımdır. M.S.Ordubadi.

TAFTA (ID - 38133)

is. [fars.] Sıx toxunmuş ipək və ya pambıq parça. [Tarverdi:] A gədə, nə böyük sandıqlardır! Yəqin içindəki tamam taftadır. M.F.Axundzadə. // Həmin parçadan tikilmiş. [Tarverdi:] Pərzad elə yaşı olduqca tafta tuman-köynək geysin....

TAĞ1 (ID - 38134)

is. Qovun, qarpız, xiyar, pomidor və s. bostan bitkilərinin yerlə sürünən kolu. Pomidor tağı. - Onu Taşauzda gördüm, kefi saz; Ətirli tağlardan qovun dərərkən. S.Rüstəm.

TAĞ2 (ID - 38135)

is. [farscadan] Bəzi binaların yarımdairə şəklində olan damı; qübbə, günbəz. Hədsiz səslər bir-birinə qarışıb - hamamın tağlarına düşmüşdü.. Çəmənzəminli. Nəriman kənarda dayanıb, binanın tağına baxmaq fikrində idi....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed