İzahlı lüğət

TAPANÇALI (ID - 38336)

sif. Tapança ilə silahlanmış, tapançası olan. Əlləri tapançalı cavanlar otağa girdilər.. Çəmənzəminli. ..Kişilər içəri, Veysin yanına girdilər. Bunlardan tək-tək tüfənglisi, tapançalısı da vardı. Ə.Əbülhəsən.

TAPANLAMA (ID - 38337)

“Tapanlamaq”dan f.is.

TAPANLAMAQ (ID - 38338)

f Tapanla döyəcləyib bərkitmək və hamarlamaq. ..Torpağı Səriyyənin dediyi kimi tapanlayıb səpinə hazırlamışdılar. M.Hüseyn.

TAPDAQ (ID - 38339)

is. Üstündə çox gəzməkdən, tapdalanmaqdan bərkimiş yer. Tapdaq yer.
□□ Tapdaq olmaq məc. - ayaqları altında qalmaq, tapdalanmaq, işğal olunmaq, tutulmaq. Yurdum-yuvam yadlara tapdaq olmasın deyə; Dizə qədər su dolmuş palçıq...

TAPDALAMA (ID - 38340)

“Tapdalamaq”dan f.is.

TAPDALAMAQ (ID - 38341)

f . 1. Ayaqlamaq, ayağı ilə basdalamaq. Müəllim ayağı ilə qarı tapdalayıb Telli üçün yol açırdı. S.Hüseyn. İnəklər bütün sahəni tapdalaya bilərdi. Ə.Vəliyev. // Ayağı ilə basıb əzmək. Bu zaman Xasay pencəyini ayaqları...

TAPDALANMA (ID - 38342)

“Tapdalanmaq”dan f.is.

TAPDALANMAQ (ID - 38343)

məch. 1. Ayaqlanmaq, ayaqla basdalanmaq, tapdanmaq. ..Həyət ağır ayaqlarla tapdalandığından xırman kimi çılpaq və qurudur. Mir Cəlal.
2. məc. Sayılmamaq, saymazlıq göstərilmək.

TAPDAMA (ID - 38344)

“Tapdamaq”dan f.is.

TAPDAMAQ (ID - 38345)

bax tapdalamaq. Düşünür asta-asta: küçələr, ay küçələr! Mən sizin sinənizi tapdamışam nə qədər. B.Vahabzadə.

TAPDANMA (ID - 38346)

“Tapdanmaq”dan f.is.

TAPDANMAQ (ID - 38347)

bax tapdalanmaq. Evlər, damlar, taxtapuşlar gümüş kimi ağarır; Qar tapdanıb, palçıq olub, dağda cığır qaralır. A.Səhhət. Torpaq tapdanıb bərkimişdi. Ə.Məmmədxanlı.

TAPDIQ (ID - 38348)

is. 1. Gözlənmədən tapılan, ələ keçirilən şey. Bu kitab lap tapdıq oldu.
2. məc. Təəccüb doğuran, təəccüblü, əcaib, qəribə. Tapdıq şey.

TAPDIRMA (ID - 38349)

“Tapdırmaq”dan f.is.

TAPDIRMAQ (ID - 38350)

icb. Tapmağa məcbur etmək, tapmağı tapşırmaq, başqası vasitəsilə əldə etmək. Çənlibeldi mənə pənah; Tapdıraram həkim, cərrah. “Koroğlu” . [Hacı mərsiyəxana:] Ağa, qırqovuldan meyil buyurun, onu.. sizin üçün tapdırmışam....

TAPILMA (ID - 38351)

“Tapılmaq”dan f.is. Tapdığın tapılmasında ər və arvad od ayaqlamışdılar. Ə.Vəliyev.

TAPILMAQ (ID - 38352)

TAPINMA (ID - 38353)

1. “Tapınmaq”dan f.is.
2. is. Sitayiş, səcdə, pərəstiş.

TAPINMAQ (ID - 38354)

f 1. Səcdə etmək, sitayiş etmək, ibadət etmək, pərəstiş etmək. [Xəyyam:] Bir tanrıya lazımsa tapınmaq; Zövq əhli tapınsın sana birdən. H.Cavid. [Elxan:] ..Bütün varlıq mənim qılıncıma deyil, azad diləklərə, azad vicdanlara...

TAPINTI (ID - 38355)

is. Tapılan şey. Arxeoloji tapıntılar.

TAPIŞMA (ID - 38356)

“Tapışmaq”dan f.is.

TAPIŞMAQ (ID - 38357)

qarş. 1. Bir-birini tapmaq, birbiri ilə görüşmək. Gün gələr, yenə də biz tapışarıq; Qucaqlar hər ana qalib oğlunu. R.Rza. Elə bil ki, iki həsrət, iki nisgil tapışdı; Qız əlilə şinelimin düyməsindən yapışdı. Ə.Cəmil.
2....

TAPQI, TAPQINTI (ID - 38358)

bax tapıntı. Veys bu yeni tapqılara sevinir. Ə.Əbülhəsən.

TAPQIR (ID - 38359)

is. Atın belində yəhərin dal tərəfə sürüşməməsi və yanlara əyilməməsi üçün döşünün altından keçirilən qayış. Oğlan atdan düşdü, yüyənin kəmini atın ağzından çıxarıb, tapqırını boşaltdı, otlamağa buraxdı....

TAPMA (ID - 38360)

“Tapmaq”dan f.is.

TAPMACA (ID - 38361)

is. 1. Hər hansı bir şeyi və ya hadisəni bənzətmə yolu ilə, qəsdən üstüörtülü şəkildə təsvir edən yığcam məcazi ifadədən ibarət müəmma (şifahi xalq ədəbiyyatı növlərindən biri). Yusif əmi hər gecə bizə şirin-şirin...

TAPMACALAMA (ID - 38362)

“Tapmacalamaq”dan f.is.

TAPMACALAMAQ (ID - 38363)

f . Qeyri-müəyyən, üstüörtülü danışmaq, müəmmalı söz demək. Usta Ramazan yalnız böyründəki adamların eşidə biləcəyi bir səslə tapmacaladısa da, hamı onun sözünü eşitdi. M.Hüseyn.

TAPMACALI (ID - 38364)

sif Qeyri-müəyyən, üstüörtülü, müəmmalı (söz, danışıq və s. haqqında). Tapmacalı söz.

TAPPADAN (ID - 38365)

zərf Tap səsi çıxararaq, tap edərək, tappıltı ilə. Birdən [dəli] yenə tappadan yerə yıxıldı və dırnaqları ilə torpağı eşərək ağladı. M.İbrahimov.

TAPMAQ (ID - 38366)

f . 1. Axtarış, aramaq nəticəsində meydana çıxarmaq, üzə çıxarmaq, əldə etmək. Axtardığı kitabı tapmaq. - Gəzib güclə bir qapı tapa bildim. S.Rəhman. Əlində zərf gəzib tapır ünvanı; Qaynayıb, başına vurur al qanı. M.Rahim....

TAPPATAP, TAPPATUP (ID - 38367)

1. təql. Bir-birinə və ya başqa şeyə toxunan taxta və s. şeylərdən çıxan aramsız səs. Ağarzanın evindən tappatap səsi gəlirdi. Mir Cəlal.
2. zərf Tappıltı ilə, ayaqlarını tappıldadatappıldada. Bir qorodovoy küçənin ortası...

TAPPATAPLA, TAPPATUPLA (ID - 38368)

zərf Tappıltı ilə. Alma-armud ağaclarından meyvələr tappatapla tökülürdü. S.Rəhimov.

TAPPILDAMA (ID - 38369)

“Tappıldamaq”dan f.is.

TAPPILDAMAQ (ID - 38370)

f Tappıltı səsi çıxarmaq, tap-tap etmək. Boz at quyruğunu buladıqca xurcuna dəyir və taqqıldayırdı. S.Rəhimov.

TAPPILDATMA (ID - 38371)

“Tappıldatmaq”dan f.is.

TAPPILDATMAQ (ID - 38372)

f . Bir şeyi bir şeyə vuraraq və ya yerə ataraq tappıltı səsi çıxartmaq.

TAPPILTI (ID - 38373)

təql. 1. Hərəkət edən insan və ya heyvanın ayağının yerə dəyməsi nəticəsində çıxan səs. [Zeynal] bir qədər sonra qapı arxasında ayaq tappıltısı duydu. S.Hüseyn. Bayramın qulağına at ayaqlarının tappıltısı dəydi. M.Hüseyn.
2....

TAPŞIRIQ (ID - 38374)

is. 1. Tapşırılmış şey, yerinə yetirilməsi, ifa və ya həll edilməsi bir vəzifə olaraq həvalə edilmiş iş, məsələ və s. İctimai tapşırıq. Partiya tapşırığı.
2. İşin qabaqcadan müəyyən olunmuş və ya göstərilmiş...

TAPŞIRILMA (ID - 38375)

“Tapşırılmaq”dan f.is.

TAPŞIRILMAQ (ID - 38376)

“Tapşırmaq”dan məch. Vəzifə tapşırılmaq. Siyahıların tutulması ona tapşırılmışdır. - Bütün kisələri aparanlara “qonşunla bölüşdürəcəksən” deyilib, möhkəm tapşırılırdı. Ə.Əbülhəsən.

TAPŞIRMA (ID - 38377)

“Tapşırmaq”dan f.is.

TAPŞIRMAQ (ID - 38378)

f 1. Həvalə etmək, üzərinə qoymaq. Səadət xanım Səriyyə xala və Gülnaza bəzi işlər tapşırdı. M.İbrahimov. Sədəf xala təzəcə yoldan gəldiyindən çay hazırlamağı Sürmə xalaya tapşırmışdı. S.Rəhman.
2. Birisinin və...

TAR1 (ID - 38379)

is. Azərbaycan və İranda çox yayılmış mizrabla çalınan simli musiqi aləti. Tar çalmaq. Tar Azərbaycanın milli musiqi alətidir.

TAR2 (ID - 38380)

sif [fars.] klas. Qara. Könlümü qarət edir öylə ki, tari-zülfün; Rumə sanki həbəşi ləşkəri-yəğma gətirir. X.Natəvan. // Tutqun, donuq, aydın görünməyən. Tar şüşə. - Bu gün mənim gözümə afitab tar (z.) gəlir. S.Ə.Şirvani....

TAR3 (ID - 38381)

is. Ev quşlarının üstündə durub gecələməsi üçün hinə qoyulan ağac. Bir qış axşamıydı, qapıda soyuq; Qalxdı tar üstünə bizim çil toyuq. S.Vurğun. Tardakı xoruz qanadlarını şappıldadıb banladı. S.Rəhimov.
□□ Toyuq...

TAR4 (ID - 38382)

is. Üst-üstə dərəyə yağıb yığılmış qalın qar yığını. Tara düşmək. Tara batmaq.
Dağ başında çar qala; Duman keçə, tar qala; Bir arzum var ürəkdə; Mən ölsəm də yar qala. (Bayatı). [Bəylər] tarın yanına gəlib gördülər...

TARAC (ID - 38383)

is. [fars.] Qarət, çapovul, talan; talama. □ Tarac etmək - 1) talan etmək, qarət etmək, çapıb talamaq. Külli-varin etdilər tarac, yəğma, tarümar. M.V.Vidadi;
məhv etmək, dağıtmaq, yox etmək, puç etmək, puça çıxarmaq. Pulunu...

TARAKAN (ID - 38384)

is. [rus.] Mətbəxböcəyi, mətbəxqurdu.

TARAQQA (ID - 38385)

is. İçi barıtla doldurulmuş kağızdan düzələn partlayıcı fişəng (atəşbazlıqda əyləncə üçün işlənir).

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed