İzahlı lüğət

TAPDALAMAQ

f . 1. Ayaqlamaq, ayağı ilə basdalamaq. Müəllim ayağı ilə qarı tapdalayıb Telli üçün yol açırdı. S.Hüseyn. İnəklər bütün sahəni tapdalaya bilərdi. Ə.Vəliyev. // Ayağı ilə basıb əzmək. Bu zaman Xasay pencəyini ayaqları altına salıb tapdalamağa, alovu söndürməyə başladı. Ə.Vəliyev. ..Xəlil onun ardınca baxdı, papirosun kötüyünü yerə çırpıb, ayağı altında tapdaladı. M.Hüseyn.
2. məc. Qabacasına saymazlıq göstərmək, heç yerinə qoymaq; saymamaq. Maya Rüstəm kişinin çoxdan alışdığı, qanına, iliyinə işləmiş adət və təsəvvürləri tapdalamışdı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed