İzahlı lüğət

TƏMİZCƏ (ID - 39036)

sif. və zərf 1. Çox təmiz, lap təmiz; təmiz. [Seyid:] [Mehmanxanada] təmizcə, pakizə müsəlman nömrələri saxlayıram. Ə.Haqverdiyev.
2. Tərtəmiz. [Musanın nəvəsi] ..şalvar cibindən çıxardığı ağappaq bir yaylıqla səhənglərinə...

TƏMİZCİNSLİ (ID - 39037)

bax təmizqanlı.

TƏMİZKAR (ID - 39038)

sif. Təmizliyi, səliqəni sevən. Təmizkar qadın. - Ataş görürdü ki, Mirzə Cəmil çox təmizkar, səliqəni sevən adamdır. Ə.Vəliyev.

TƏMİZKARLIQ (ID - 39039)

is. Təmizkar adamın xasiyyəti, təmizkar olma. [Feodor İvanoviç Rüstəm bəyə:] [Xanım] sizin təmizkarlığınızı isə çox bəyənir, mənə həmişə məmnuniyyətlə söyləyir.. Çəmənzəminli.

TƏMİZQANLI (ID - 39040)

sif. Qarışığı olmayan, cins, təmizcinsli (ev heyvanları haqqında). Təmizqanlı Qarabağ atı. - Əmtəə fermalarında naxırın təmizqanlı, yəni təmizcinsli heyvanlardan ibarət olması vacib deyildir. A.Ağabəyli.

TƏMİZQƏLBLİ (ID - 39041)

bax təmizürəkli. Təmizqəlbli adam.

TƏMİZLƏMƏ (ID - 39042)

“Təmizləmək”dən f.is.

TƏMİZLƏMƏK (ID - 39043)

f 1. Çirkini, ləkəsini yumaq və ya başqa yolla aparmaq, təmiz etmək; təmizləmə işi aparmaq. Ayaqqabının palçığını təmizləmək. - Quşlar yuvalarında oturub dimdiklərini təmizləyirdilər. N.Nərimanov. // Tərkibcə təmiz etmək,...

TƏMİZLƏNMƏ (ID - 39044)

“Təmizlənmək”dən f.is. [Sarıköynəyə] yardım olmaq üçün otağımın süpürülüb təmizlənməsini ona tapşırar, zəhmət haqqı verərdim. S.Hüseyn.

TƏMİZLƏNMƏK (ID - 39045)

“Təmizləmək”dən
məch. Ev süpürülüb təmizləndi. - [Maya] kifayət qədər hərəkət etdikdən sonra yuyundu, təmizləndi. M.İbrahimov.

TƏMİZLƏYİCİ (ID - 39046)

is. və sif. Bir şeyi təmizləmək üçün cihaz, qurğu və ya maddə. Avtomaşının təmizləyicisi. Təmizləyici qurğu.

TƏMİZLİK (ID - 39047)

is. 1. Təmiz şeyin halı. Otağın təmizliyi. Köynəyin təmizliyi. Qab-qacağın təmizliyi. - Siniflərin geniş və təmizliyi, laboratoriya və kabinələrin mükəmməlliyi.. [səyyahların] heyrətinə səbəb oldu. Çəmənzəminli.
Saflıq,...

TƏMİZÜRƏKLİ (ID - 39048)

sif. Ürəyi təmiz, safqəlbli, səmimi. Təmizürəkli adam. - Həlim, mehriban, təmizürəkli Gülbadam birdən-birə şirə döndü. N.Nərimanov. [Vahid] təmizürəkli, qızğıntəbiətli, mərd və məğrur oğlan idi. İ.Hüseynov.

TƏMKİN (ID - 39049)

is. [ər.] 1. Özünü ələ ala bilmə bacarığı, soyuqqanlılıq, özünü itirməmə; ciddilik, ağırlıq, vüqar. Yazıçı heç zaman öz müvazinətini, təmkin və sakitliyini itirmir. M.Ibrahimov. [Fərman və Cəmilin] danışıqlarında,...

TƏMKİNLİ (ID - 39050)

sif və zərf Ağır, ağır sanballı, vüqarlı; özünü ələ ala bilən, özünü itirməyən, halını pozmayan. Təmkinli adam. - Yapıncılı kişi çox mülayim və təmkinli danışırdı. Ə.Vəliyev. Qaranlıqdan Azadın sakit və təmkinli...

TƏMKİNLİLİK (ID - 39051)

is. Təmkinli olma, vüqarlılıq, ağırlıq, vüqar, soyuqqanlılıq. Mehdizadə çox vaxt dostunun zarafatlarına davam gətirməyib təmkinliliyini itirir. Y.Əzimzadə.

TƏMRİN (ID - 39052)

is. [ər.] 1. Təkrar etdirə-etdirə alışdırma, öyrətmə; təkrar edə-edə alışma, öyrənmə. // Bu məqsədlə şagird və ya tələbəyə verilən misallar və bu misallardan ibarət kitab, dərslik.
2. Bəzi idman növlərində (gimnastika,...

TƏMSİL (ID - 39053)

is. [ər.] 1. Bənzətmə, oxşatma, təşbeh. □ Təmsil etmək - birinin müvəkkili olmaq, bir işdə onu əvəz etmək, onun adından danışmaq; birinin mənafeyini, fikrini, görüşünü və s.-ni ifadə etmək. Xalqın mənafeyini təmsil etmək....

TƏMTƏRAQ (ID - 39054)

is. [ər.] Dəbdəbə, təntənə, calal. Mədinə təmtərağı və israfı sevməzdi. M.Ibrahimov. Heç vaxt aldatmasın təmtəraq səni; Zəhmətlə şöhrətə çatar hər insan. B.Vahabzadə.

TƏMTƏRAQLI (ID - 39055)

sif. Dəbdəbəli, təntənəli, calallı. [Ağbulaq kəndində] bu mədəniyyət sarayı .. təmtəraqlı bir kaşanə kimi ucalmışdı. S.Rəhimov. // Zahirən çox bəlağətli və parlaq. Təmtəraqlı nitq. Təmtəraqlı ibarələr. - [Mühərrir:]...

TƏMYİZ (ID - 39056)

[ər.] köhn. bax kassasiya.

TƏN1 (ID - 39057)

sif. və zərf Ölçü, boy və s. cəhətdən başqası ilə eyni olan; bərabər. Dost dost ilə tən gərək; Tən olmasa, gen gərək. (Məsəl). Qalxdın şahin kimi üfüqlərlə tən; Vuruldun öz ana torpağına sən. N.Xəzri. // Lap, düz,...

TƏN2 (ID - 39058)

is. [fars.] klas. Bədən. Can əgər çıxsa tənimdən əsəri-mehrin ilə; Əsəri-mehrini sanman ki, çıxar canımdan. Füzuli. Deşikdeşik olur nər bədənləri; Döşənir torpağa aslan tənləri. H.K.Sanılı.

TƏN3 (ID - 39059)

[ər.] klas. bax tənə 1-ci mənada. Alma ağacı dibində sayə; Tən eylər idi bulud da Ayə.. Xətayi. Mənə tən eyləyən qafil səni görcək utanmazmı? Füzuli. Gözəlliklər yapma, duyğular cansız; Mənə tən eyləyir hər yetən qansız....

TƏNASÜB (ID - 39060)

is. [ər.] Uyğunluq, mütənasiblik; aralarında uyğunluq və münasiblik olma, bir-biri ilə tutma, bir-birinə yaraşma. [Qızın] dalğın baxışı, vücudunun tənasübü hər kəsi .. özünə baxmağa məcbur edərdi. S.Hüseyn. Mehriban çox...

TƏNASÜBSÜZ (ID - 39061)

sif. Tənasübü, uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz.

TƏNASÜBSÜZLÜK (ID - 39062)

is. Tənasüb, uyğunluq, əndazə olmadığı hal; uyğunsuzluq, əndazəsizlik.

TƏNASÜX (ID - 39063)

is. [ər.] 1. Ruhun bir bədəndən başqasına, bəzən insandan heyvana və əksinə keçməsi.
2. Qurdun (həşərat) kəpənəyə çevrilməsi kimi dəyişmələr. Barama qurdu vaxtı çatanda kəpənəyə dönür.

TƏNASÜL (ID - 39064)

is. [ər.] 1. Nəsil yetişdirmə; doğub-törəməklə artma.
2. Qadın və kişilərdə cinsiyyət üzvü.

TƏNAVÜL (ID - 39065)

is. [ər.] Yemək-içmək, qidalanma, xörək.

TƏNBEH (ID - 39066)

is. [ər.] Məzəmmət, danlama, danlaq. Pərşan pis bir tənbeh eşidəcəyi duyğusu ilə anasının qoluna qısıldı. M.Ibrahimov. □ Tənbeh etmək (eləmək) - məzəmmət etmək, danlamaq. Uşağı tənbeh etmək. - [Hacı Bayram:] Günahım...

TƏNBƏKİ (ID - 39067)

is. Çəkilmək üçün papiros, siqaret, çubuq və s.-yə doldurulan xırda doğranmış tütün yarpağı. [Hacı Qara:] ..Dəxi kisədə tənbəki yoxdur. M.F.Axundzadə. Qarakişi.. iri-iri doğrayıb cibinə yığdığı qəzetdən bir parça çıxarıb...

TƏNBƏL (ID - 39068)

is. və sif Tənbəllik edən; işdən, zəhmətdən qaçan; işləməyi, zəhməti sevməyən (adam). Tənbəl adam. Tənbəl uşaq. - işdən ötrü ki getmədi tənbəl; işinin axırı olar əngəl. A.Səhhət. Mədəd “tənbəl” sözünü deyəndə...

TƏNBƏLCƏSİNƏ (ID - 39069)

zərf Tənbəl-tənbəl, laqeydcəsinə.

TƏNBƏLLƏNMƏ (ID - 39070)

“Tənbəllənmək”dən f.is.

TƏNBƏLLƏNMƏK (ID - 39071)

f Tənbəllik etmək, tənbəl olmaq, tənbəlləşmək. Usta geri dönməyə tənbəllənib, eşşəyin altından zorla keçib getdi. Çəmənzəminli.

TƏNBƏLLƏŞMƏ (ID - 39072)

“Tənbəlləşmək”dən f.is.

TƏNBƏLLƏŞMƏK (ID - 39073)

bax tənbəlləşmək. ..Əmioğlum tənbəlləşib, getmək istəmirdi. C.Məmmədquluzadə.

TƏNBƏLLİK (ID - 39074)

is. 1. Tənbəl adamın hal və keyfiyyəti. Kim ki tənbəlliyə məhəbbət edər; Daim əyləncələrlə ülfət edər. M.Ə.Sabir. [Sevinc Mahmuda:] Səni kəndə qaçmağa məcbur edən tənbəllikdir. Z.Xəlil.
2. Başısoyuqluq, səhlənkarlıq....

TƏNBUR (ID - 39075)

is. [ər.] Armudvari çanağı olan qədim Şərq simli musiqi aləti. Tənbur ilə telli sazı; Qabaqlaşıb çalaq barı. S.Vurğun.

TƏNDİR (ID - 39076)

is. Çörək yapmaq üçün gildən düzəldilən konusşəkilli, üstü kəsik, yerə qoyulub ətrafı səki kimi tikilən və ya yerə basdırılan iri kürə. Təndirdə çörək yapmaq. Təndir çörəyi (təndirdə bişmiş yastı çörək). - [Adil:]...

TƏNDİRXANA (ID - 39077)

is. Təndirin yerləşdiyi yer, tikili. [Məhəmmədəli:] Təndirxana uçmuşdu, onu qayırmışam. N.Vəzirov. Həyətin ortasında üstü taxtapuşlu təndirxana görünürdü. Ə.Vəliyev.

TƏNDÜRÜST (ID - 39078)

sif. [fars.] Bədəncə heç bir nöqsanı, şikəstliyi olmayan, bədəncə sağlam; gümrah. Təndürüst adam. - [Dostumun] rast və gözəl qaməti əyilib, rəngi soluxub, ..qərəz, canı-başı salamat, təndürüst və müqtədir bir halda ikən,...

TƏNDÜRÜSTLÜK (ID - 39079)

is. Təndürüst adamın hal və keyfiyyəti; bədənin hər cür nöqsan və şikəstlikdən salamat olması; sağlamlıq. Uşağın təndürüstlüyü.

TƏNƏ (ID - 39080)

[ər.] 1. is. Danlaq, məzəmmət. [Çopo:] Ceynizin gülüşündə mənim keçmiş ənənəpərəstliyimə qarşı bir tənə duydum. Çəmənzəminli. Xanpərinin ucundan [Mədədin] üzü çoxlu danlaq yeyib, qulağı hədsiz tənələr eşidibdir....

TƏNƏFFÜS (ID - 39081)

is. [ər.] 1. Canlı orqanizmlərdə oksigeni udma və karbonu buraxma prosesi. Tənəffüs üzvləri. // Ciyərlərin havanı alıb buraxması; nəfəsalma və nəfəsvermə. Təri soyuduqca bədəni ağırlaşan qocanın tənəffüsü də çətinləşir,...

TƏNƏK (ID - 39082)

is. Üzüm ağacı, meynə. Tənək əkmək. - Salxım-salxım olacaqdır ağ üzümü tənəklərin; Yelinləri dolacaqdır yenə sağmal inəklərin. S.Vurğun. ..Qumayatan tənəkləri sanki ağır, iri salxımlar çəkib yerə yapışdırmışdı....

TƏNƏKƏ (ID - 39083)

is. Nazik dəmir təbəqəsi. Tənəkə parçası. // Tənəkədən düzəldilmiş. Tənəkə vedrə. Tənəkə suqabı.

TƏNƏKƏÇİ (ID - 39084)

is. Tənəkədən müxtəlif şeylər qayıran usta, dəmirçi.

TƏNƏKLİK (ID - 39085)

is. Çoxlu tənək əkilmiş yer; üzümlük, meynəlik. Tənəkliyi becərmək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed