İzahlı lüğət

TƏHRİK (ID - 38786)

is. [ər.] Sözlə və ya başqa şirnikləndirici vasitələrlə birini bir iş görməyə vadar etmə, sövq etmə, meyilləndirmə, həvəsləndirmə. [Kitabpaylayan:] Sonra eşitdim ki, bir mollanın təhrikinə görə gəlib, məndən kitabları...

TƏHRİKÇİ (ID - 38787)

is. Təhrik edən, həvəsləndirən, sövq edən adam (pis işə).

TƏHRİKEDİCİ (ID - 38788)

sif. Təhrik edən, həvəsləndirən, sövq edən (adətən pis işə).

TƏHRİR (ID - 38789)

is. [ər.] klas. Yazma, yazı; qələmə alma. // Yazılmış, yazılı şeir, kitab və s. Cəhd edin, göndərdiyim təhrirlər puç olmasın! M.Ə.Sabir. □ Təhrir etmək (qılmaq) klas. yazmaq, qələmə almaq. Təhrir qılıb münasibihal; Bu...

TƏHRİRİ (ID - 38790)

sif. və zərf [ər.] Yazılı, yazılmış surətdə (şifahi əksi). Təhriri cavab. Təhriri surətdə. - Dəmirov yol barəsində tərtib etdiyi təhriri məruzəni çıxarıb, yenə sədrə təqdim etdi. S.Rəhimov. Katib Cəmilin yazdığı təhriri...

TƏHSİL (ID - 38791)

is. [ər.] 1. Oxumaqla elm və bilik əldə etmə. Bir neçə ildən sonra Yusif Sərrac təhsili-elm üçün İsfahana getdi. M.F.Axundzadə.
2. Oxumaq nəticəsində əldə edilən biliklərin məcmusu. Orta təhsil. Uşaqlara təhsil vermək. Xüsusi...

TƏHSİLLİ (ID - 38792)

sif. Təhsil almış, oxumuş, bilikli. Yoldaşların ikisi də ali təhsillidirlər. Ə.Vəliyev.

TƏHSİLSİZ (ID - 38793)

sif. Heç bir təhsil görməmiş; oxumamış.

TƏHSİLSİZLİK (ID - 38794)

is. Təhsil görməmiş, oxumamış adamın halı.

TƏHSİN (ID - 38795)

is. [ər.] Bir işi və ya şeyi bəyənib tərifləmə, alqışlama; təqdir, tərif. Malikin sözlərini [kəndlilər] diqqətlə təhsin səsləri ilə dinləyirdilər. M.İbrahimov. [Buğac] atasının təhsin və təqdirini qazanacaqdı... M.Rzaquluzadə....

TƏHT (ID - 38796)

is. [ər.] Adətən təhtində şəklində - altında, hakimiyyəti, idarəsi altında, tabeiyyətində, tabeliyində. [Vaqif:] [Fətəlinin] təhtindəki yerlərin də yönü Dərbəndə tərəfdir, bir iş olsa beli [Rusiyaya] bağlıdır. Çəmənzəminli....

TƏHTƏLHESAB (ID - 38797)

is. və sif [ər.] Sonradan haqq-hesab vermək şərtilə alman pul. Təhtəlhesab pul almaq.

TƏHVİL (ID - 38798)

is. [ər.] (adətən “almaq” , “etmək” köməkçi feilləri ilə işlənir) 1. Təzə işə keçərkən və ya işdən çıxarkən tapşırılmış işi, vəzifəni, şeyi başqa adama vermə. [Nüsrət:] Toğrul, sən işləri təhvil al! C.Cabbarlı....

TƏHVİLÇİ (ID - 38799)

is. Bir şey təhvil verən adam.

TƏXƏLLÜS (ID - 38800)

is. [ər.] Adətən yazıçıların, rəssamların və b.-nın işlətdikləri qondarma ad. Az bir zamanda onun böyük şair olub Nəsimi təxəllüsü daşıdığı şəhərə yayıldı. Çəmənzəminli.

TƏXƏLLÜSLÜ (ID - 38801)

sif. Təxəllüsü olan, təxəllüslə yazan. “Füyuzat” ın 24-cü nömrəsində, axırıncı səhifədə “Azad” təxəllüslü şair üzünü xanımlara tutub [deyir].. C.Məmmədquluzadə.

TƏXƏRRÜŞ (ID - 38802)

is. [ər.] Xarici mühitin, bir şeyin (səs və s.-nin) orqanizmə və ya onun bir hissəsinə təsiri nəticəsində əmələ gələn hal; qıcıqlanma, qıcıq. □ Təxərrüşə gəlmək - qıcıqlanmaq. [Əsgər:] Birdən onlara yox, bizimkilərə...

TƏXƏYYÜL (ID - 38803)

is. [ər.] Bir adamı və ya bir şeyi zehnində, xəyalında təsəvvürə gətirmə, canlandırma; xəyala, xəyalata qapılma. // Xəyal, xülya, xəyalat. Rüxsarə o qədər təxəyyül aləminə qapılmışdı ki, elə bil lap salonda əyləşmişdi....

TƏXFİF (ID - 38804)

is. [ər.] 1. Sözün müəyyən hissəsinin ixtisarı.
Asanlaşdırma.
Azaldılma.

TƏXİR (ID - 38805)

is. [ər.] Yubanma, gecikmə, ləngimə. ..Məktub sahibi gəldi idarəyə və ruznamənin təxirindən başladı giley eləməyə. Məmmədquluzadə. □ Təxir etmək - yubatmaq, gecikdirmək, ləngitmək, sonraya saxlamaq (keçirmək). [Mələkə:]...

TƏXİRƏSALINMAZ (ID - 38806)

sif. Təxirə salma bilməyən, yubadıla bilməyən, gecikdirilə bilməyən; təcili. Təxirəsalınmaz vəzifə. - [Həkimin] elə bil çox tələsik, təxirəsalınmaz işi var..
Seyidbəyli.

TƏXLİYYƏ (ID - 38807)

is. [ər.] köhn. Boşaltma, boşaldılma.

TƏXMİN (ID - 38808)

TƏXMİNƏN (ID - 38809)

zərf [ər.] Bir qədər az və ya bir qədər çox, bir az tez və ya bir az gec və s.; təqribən (əsasən say və rəqəmlərdən, ölçü və vaxt adı bildirən sözlərdən əvvəl işlədilir). Təxminən yanvar-fevral aylarında. - Bu kəndlərin...

TƏXMİNİ (ID - 38810)

sif. [ər.] Həqiqətə az və ya çox dərəcədə yaxın olan; təqribi. Təxmini plan.
Rəis lülələnmiş bir kağız gətirib açdı. Bu, tikinti sahəsinin təxmini xəritəsi idi. Mir Cəlal.

TƏXRİBAT (ID - 38811)

is. [ər. “təxrib” söz. cəmi]
Müharibə, təbii fəlakət və s. nəticəsində dağıntı. Zəlzələnin törətdiyi təxribat. -.. Vətəndaş müharibəsi zamanından qalan təxribatın cansıxıcı əsərləri gözə çarpırdı. H.Nəzərli....

TƏXRİBATÇI (ID - 38812)

is. Təxribatçılıqla məşğul olan adam.

TƏXRİBATÇILIQ (ID - 38813)

is. Hər hansı ölkədə xarici dövlətin casusları tərəfindən ziyankarlıq məqsədilə hərbi və dövlət əhəmiyyətli obyektlərin dağıdılması, sıradan çıxarılması. Düşmən casuslarının təxribatçılığı.

TƏXSİS (ID - 38814)

is. [ər.]: təxsis etmək - müəyyən məqsəd üçün ayırmaq. [Xəlil:] Mənim anlayışımca, on manat təxsis etməli və növbə ilə yemək daşımağa adam təyin etməli. Çəmənzəminli. [Məlikşah:] Məmləkətin gözəl bir tərəfində...

TƏXSİSAT (ID - 38815)

is. [ər. “təxsis” söz. cəmi] 1. Bir iş üçün ayrılan pul.
2. Pul və ya natural şəkildə qaytarılmaq şərtilə verilən borc (pul, şey və s.). Pul təxsisatı. Təxsisat buraxmaq. - [Şah:] Arandan Darüssəlamın beytülmalına...

TƏXT (ID - 38816)

bax taxt. ..Səfəviyyə nəslindən bir şahzadəni təxtə oturdaq ki, barı nəcabətinə görə təxt və taca səzavar olsun! M.F.Axundzadə. Məşədi Həsən gedəndən sonra uzandım təxtin üstünə. Ə.Haqverdiyev.

TƏK1 (ID - 38817)

1. say. Təkcə, bircə, bir, ancaq bir, yeganə. iki bacının tək qardaşı. Tək övlad. Bütün evin lampaları kimi, bu axşam həyətin bu tək fənəri də yandırılmamışdı. Ə.Əbülhəsən. □ Tək ədəd riyaz. - qalıqsız ikiyə bölünməyən...

TƏK2 (ID - 38818)

is. Dib. Mən cəhənnəmə daxil olanda haman quyunun təkindən “vay, dədəm vay” naləsi eşitdim. Ə.Haqverdiyev. Divar kimi dik təpədən göz işlədikcə baxırsan, dərənin təki görünmür. Mir Cəlal. // Dərinlik, alt. Torpağımın...

TƏK3 (ID - 38819)

Cümlədə adətən feildən sonra gələrək, haqqında danışılan işin dərhal baş verdiyini bildirir: ...kimi. O, gələn tək sakitlik düşdü. - [Xortdan:] Yay qurtaran tək.. taxılı döydürüb, satıb .. qumar borclarına veriblər. Ə.Haqverdiyev....

TƏKADAMLIQ (ID - 38820)

bax biradamlıq. Təkadamlıq kamera.

TƏKALLAHLILIQ (ID - 38821)

bax monoteizm.

TƏKALTI (ID - 38822)

is. Yəhərin altından atın belinə qoyulan, üstü dəri, qalın astarlı yumşaq keçə parçası.

TƏKAMÜL (ID - 38823)

is. [ər.] 1. Bir şəxsin, bir şeyin təkmilliyə doğru dəyişməsi, inkişafı; kamilləşmə. // Ümümiyyətlə, inkişaf, dəyişmə, yeniləşmə. Ehtiyac təkamülün babasıdır. (Ata. sözü). [Rasim Yavərə:] Siz razılaşın ki, hər şey...

TƏKAMÜLÇÜ (ID - 38824)

is. Təkamül nəzəriyyəsi tərəfdarı.

TƏKAN (ID - 38825)

is. 1. Bir şeyi özündən uzaqlaşdırmaq məqsədilə bərk itələmə və ya zərbə. [Növrəstə] tərəkəmələrdən qalmış köhnə keçəni üstünə çəkdiyi zaman qapıya bir təkan vuruldu. Ə.Abasov. // Zərbə və ya silkələnmə nəticəsində...

TƏKANLAMA (ID - 38826)

“Təkanlamaq”dan f.is.

TƏKANLAMAQ (ID - 38827)

f İtələmək. ..Aralığa basabas düşür. Bu onu, o bunu təkanlayır. Məmmədquluzadə.

TƏKATLI (ID - 38828)

bax biratlı.

TƏKAVARLI (ID - 38829)

sif Bir avarla sürülən, hərəkətə gətirilən (qayıq haqqında). Təkavarlı qayıq.

TƏKAYAQLI (ID - 38830)

bax birayaqlı.

TƏKBARMAQ (ID - 38831)

sif. Bir barmağı olan. □ Təkbarmaq əlcək - bir böyük barmağı olan əlcək.

TƏKBARMAQLI (ID - 38832)

bax birbarmaqlı.

TƏKBAŞÇI (ID - 38833)

is. Təkbaşçılıq üsulu ilə rəhbərlik edən adam.

TƏKBAŞÇILIQ (ID - 38834)

is. Rəhbərliyin bir adamın əlində olduğu iş üsulu.

TƏKBAŞINA (ID - 38835)

zərf 1. Yalqız, yalnız, təkcə, tək özü. Təkbaşına qalmaq. - Xan divan otağına gəlib, orada təkbaşına oturdu. Çəmənzəminli. [Murad] ..nə vaxtadək bayquş kimi təkbaşına yaşayacaqdı? S.Hüseyn.
2. Başqasının köməyi olmadan;...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed