TƏKAMÜLis. [ər.] 1. Bir şəxsin, bir şeyin təkmilliyə doğru dəyişməsi, inkişafı; kamilləşmə. // Ümümiyyətlə, inkişaf, dəyişmə, yeniləşmə. Ehtiyac təkamülün babasıdır. (Ata. sözü). [Rasim Yavərə:] Siz razılaşın ki, hər şey kimi musiqi də təkamülə möhtacdır. M.İbrahimov. □ Təkamül etmək - yavaşyavaş inkişaf etmək, dəyişmək, yeniləşmək, təkmilləşmək, kamilləşmək.
2. fəls. Təbiətdə və cəmiyyətdə hərəkət formalarından biri - inqilabi dəyişmədən fərqli olaraq, arasıkəsilmədən yavaş-yavaş cərəyan edən dəyişmə. □□ Təkamül nəzəriyyəsi - üzvi aləmin bir üzvi formadan başqa üzvi formaya keçmək yolu ilə inkişafı haqqında nəzəriyyə. Paylaşın - Hamı bilsin
|