İzahlı lüğət

TƏBDİL (ID - 38636)

is. [ər.] köhn. 1. Dəyişmə, dəyişdirmə. □ Təbdil etmək - dəyişmək. Havanın hər bir zərrəsi həmişə hərəkət edib yerini təbdil edər. H.Zərdabi. Təbdil olmaq - dəyişilmək, əvəz olunmaq. İyirmi beş il bundan irəli qəzet...

TƏBƏDDÜL (ID - 38637)

is. [ər.] köhn. Dəyişmə, başqa bir şəklə düşmə.

TƏBƏDDÜLAT (ID - 38638)

is. [ər. “təbəddül” söz. cəmi] Dəyişiklik. Bu böyük tarixi təbəddülatdan ruhlanan cənubi azərbaycanlılar da azadlıq mübarizəsini gücləndirmişdilər. M.İbrahimov.

TƏBƏƏ (ID - 38639)

is. [ər. “tabe” söz. cəmi] Bir dövlətə tabe olan, onun vətəndaşı olan əhali, adam. İran təbəəsi. - [Qoca:] Hökmdar ilə təbəələr arasında sədlər çəkildi. Çəmənzəminli.

TƏBƏƏLİK (ID - 38640)

bax vətəndaşlıq 1-ci mənada.

TƏBƏXXÜR (ID - 38641)

is. [ər.] Buxarlanma, buğa çevrilmə. □ Təbəxxür etmək - 1) buxarlanmaq, uçub getmək, buğa çevrilmək. Qaz təbəxxür etdi; 2) məc. zar. yox olma, yoxa çıxmaq.

TƏBƏQƏ1 (ID - 38642)

is. [ər.] 1. Bir şeyin başqa bir şeyin üstünü örtən kütləsi və ya hissəsi; qat, lay. Buz təbəqəsi. Hava təbəqəsi. - Qarın nazik təbəqəsi qırova bənzəyirdi. M.Hüseyn. Havaya qatı bozumtul toz təbəqəsi qalxırdı. Ə.Əbülhəsən.
2....

TƏBƏQƏ2 (ID - 38643)

is. [ər.] Vərəq. Katib canının dərdindən .. bərk qorxuya düşdü, bir neçə təbəqə kağız çıxarıb qabağına qoydu. S.Rəhimov.

TƏBƏQƏLƏŞMƏ (ID - 38644)

“Təbəqələşmək”dən f.is. Tez-tez bir dəstə feodal təbəqəsinin hakimiyyəti digər dəstənin hakimiyyətilə dəyişilirdi, ictimai-siyasi təbəqələşmə güclənirdi. M.İbrahimov.

TƏBƏQƏLƏŞMƏK (ID - 38645)

f. İctimai, mədəni və s. cəhətdən yekcinsliyini itirərək təbəqələrə bölünmək (adamlar, cəmiyyət və s. haqqında).

TƏBƏRRÜK (ID - 38646)

is. [ər.] 1. Dindarlara görə, xoşbəxtlik, uğur gətirən, xəstələri sağaldan müqəddəs torpaq, su, müqəddəs adamın geyiminin kiçik parçası və s. Novruz bayramında təhvil saxlayıb, təhvil suyunun üstündə dava-mərəkə salardılar...

TƏBƏRZİN (ID - 38647)

is. [ər.] 1. Baltaya bənzəyən qədim silah. Orta Asiyanın qədim tayfalarının silahları ox, nizə, qılınc və təbərzindən ibarət imiş.
2. Keçmişdə: dərvişlərin gəzdirdikləri aypara şəklində baltacıq. Boynundan bir çox kiçik...

TƏBƏSSÜM (ID - 38648)

[ər.] 1. is. Gülümsəmə. [Qocanın] sallaq iri dodaqlarında, yanları cizgilərlə bürüşmüş kiçik gözlərində, sümükləri qalxaq, ətli, qırmızı üzündə bir təbəssüm vardı. A.Şaiq. Xanların istehzalı təbəssümü birdən yoxa...

TƏBİB (ID - 38649)

TƏBİBLİK (ID - 38650)

is. Həkimlik. [Həkimbaşı:] Mən qırx beş ildir ki, təbiblik edirəm. Ə.Haqverdiyev.

TƏBİƏT (ID - 38651)

is. [ər.] 1. Yerdə təbii şəraitin (yerin səthi, bitki aləmi, iqlim və s.) məcmusu; üzvi və qeyri-üzvi aləm, yerdə insan, fəaliyyəti ilə yaradılmamış hər şey. Təbiətin qanunları. - Təbiət canlanır, bahar çağıdır; Bağçalar,...

TƏBİƏTCƏ (ID - 38652)

TƏBİƏTÇİ (ID - 38653)

bax təbiətşünas. Gənc təbiətçilər dəməyi.

TƏBİƏTƏN (ID - 38654)

zərf [ər.] Xilqətcə, fitrətən, yaradılışında. [Fərman] təbiətən diribaş yaranmışdı. Ə.Sadıq. // Bax təbiətcə. Şirzad bilirdi ki, Rüstəm kişi təbiətən məğlub olmağı, ikincilər cərgəsində oturmağı, dalda qalıb ayağını...

TƏBİƏTŞÜNAS (ID - 38655)

is. [ər. təbiət və fars. ...şünas] Təbiətşünaslıqla məşğul olan adam, təbiətşünaslıq alimi; təbiətçi, naturalist. [Qoşatxan] üzünü müdirə tutdu: - Sən təbiətşünassan, Həsən bəy Zərdabini tanıyarsan. M.İbrahimov.

TƏBİƏTŞÜNASLIQ (ID - 38656)

is. Təbiət hadisələri və qanunauyğunluqları haqqında elm; təbiət elmləri.

TƏBİİ (ID - 38657)

sif [ər.] 1. Təbiətə (yer səthinə, iqlimə, heyvan və bitki aləminə və s.) məxsus olan, təbiət tərəfindən yaradılmış. Ölkənin təbii sərvətləri. Təbii sərhədlər. Təbii otlaqlar. Təbiət qanunlarından irəli gələn, törəyən,...

TƏBİİLİK (ID - 38658)

is. Təbii, qeyri-süni şeyin halı (sünilik əksi). Qızın səsində bir təbiilik var idi. İ.Əfəndiyev.

TƏBİL (ID - 38659)

is. [ər.] İri nağara. Səhnənin dalından təbil və sinc səsi gəlir. Ə.Haqverdiyev. [Cavanşir:] Qoy şeypurlar gurlasın, təbil səsləri dağları titrətsin. M.Hüseyn.

TƏBİLÇİ (ID - 38660)

is. Təbil çalan çalğıçı. Təbilçi Qurban, Qara Məlikin gecələr xəlvətcə Təbrizə gəlib, Rüxsarə ilə görüşdüyünü Nəsrəddinə xəbər verdi. M.S.Ordubadi.

TƏBİR (ID - 38661)

is. [ər.] 1. Söz, kəlmə, ifadə.
Yozma. □ Təbir etmək - yozmaq, məna çıxarmaq, məna vermək. Məhsəti xanımın hökumət əleyhinə olmasında şeir və sənəti əxlaq pozğunluğu kimi təbir edənlər müqəssirdir. M.S.Ordubadi. Təbirincə,...

TƏBİYYAT (ID - 38662)

is. [ər.] köhn. Təbiət elmləri.

TƏBİYYATÇI (ID - 38663)

is. köhn. bax təbiətşünas.

TƏBLİĞ (ID - 38664)

is. [ər.] Hər hansı bir əqidəni, nəzəriyyəni, biliyi və s.-ni yayma və dərindən başa salma. Elmi biliklərin təbliği. // Geniş kütlələrə siyasi cəhətdən təsir göstərmə. □ Təbliğ etmək - 1) hər hansı bir fikri, nəzəriyyəni,...

TƏBLİĞAT (ID - 38665)

is. [ər. “təbliğ” söz. cəmi] Bir nəzəriyyəni, ideyanı, biliyi və s.-ni kütlə arasında yayma, təbliğ etmə. □ Təbliğat aparmaq - bir nəzəriyyəni, ideyanı, biliyi şifahi surətdə kütlə arasında yaymaq, intişar etmək, təbliğ...

TƏBLİĞATÇI (ID - 38666)

is. Təbliğatla məşğul olan adam. Kitabxanaçı həm də kitab təbliğatçısıdır. // Partiyanın qərarlarını mühazirə və müsahibələrində izah edən, siyasi məşğələlərə rəhbərlik edən partiya üzvü. İnqilabdan sonra kəndə...

TƏBLİĞATÇILIQ (ID - 38667)

is. Təbliğat aparma, təbliğatçının apardığı ictimai iş.

TƏBRİK (ID - 38668)

is. [ər.] Xoş xəbər, sevindirici hadisə, bayram və s. münasibətilə yazılı və ya şifahi gözaydınlığı. Təbrik məktubu. [Qulamrza:] Bu gün hər yerdə təbriklə qarşılanmışam. Çəmənzəminli. .. İranın hər tərəfində yaşayan...

TƏBRİKLƏMƏ (ID - 38669)

“Təbrikləmək”dən f.is.

TƏBRİKLƏMƏK (ID - 38670)

f Təbrik etmək.

TƏBRİKNAMƏ (ID - 38671)

is. [ər. təbrik və fars. ...namə] Yazılı təbrik, təbrik məktubu. Yubiley münasibətilə təbriknamə göndərmək.

TƏCAVÜZ (ID - 38672)

is. [ər.] 1. Başqa bir dövlətin ərazisini zəbt etmək, azadlığını əlindən almaq və ya məhdudlaşdırmaq, demokratiyanı boğmaq və irticaçı rejimlər yaratmaq məqsədilə onun üzərinə hücum etmə. // Hücum, həmlə, basqın. Düşmənin...

TƏCAVÜZÇÜ (ID - 38673)

bax təcavüzkar.

TƏCAVÜZÇÜLÜK (ID - 38674)

bax təcavüzkarlıq.

TƏCAVÜZKAR (ID - 38675)

is. və sif [ər. təcavüz və fars. ...kar] Təcavüz edən, təcavüz (hücum) edən tərəf; qəsbkar, təcavüzçü. Təcavüzkar bloklar. - Şimali Atlantika ittifaqının təcavüzkar mahiyyətini hər kəs anlaya bilər. M.İbrahimov.

TƏCAVÜZKARCA(SINA) (ID - 38676)

zərf Təcavüzkar kimi; qəsbkarcasına. Təcavüzkarcasına hərəkət etmək. // Düşməncəsinə.

TƏCAVÜZKARLIQ (ID - 38677)

is. Təcavüz etmə, təcavüz siyasəti, başqa dövlətin torpağını tutmaq üçün onun üzərinə hücum etmə; qəsbkarlıq. imperializm təcavüzkarlığı. Təcavüzkarlıq müharibəsi.

TƏCDİD (ID - 38678)

is. [ər.] Təzələtmə, yenilətmə.

TƏCƏDDÜD (ID - 38679)

is. [ər.] Yenilənmə, təzələnmə.

TƏCƏLLA (ID - 38680)

is. [ər.] Əyan olma, görünmə, təzahür etmə

TƏCƏSSÜM (ID - 38681)

is. [ər.] Bir şeyin maddi, cismani ifadəsi, təzahürü. □ Təcəssüm etmək - görünmək, göz önünə gəlmək, cismani şəkildə təzahür etmək, canlanmaq. Bu cavanlıq xatirəsi dərhal Bəhramın xəyalında canlandı və gəlib gözlərinin...

TƏCHİZ (ID - 38682)

is. [ər.] Lazımi şeyləri tədarük etmə, hazırlayıb vermə. □ Təchiz etmək lazım olan şeyləri vermək, təmin etmək.

TƏCHİZAT (ID - 38683)

is. [ər. “təchiz” söz. cəmi] Hər hansı təşkilat və ya əhalinin maddi ehtiyaclarını təmin etmək üçün lazım olan şeylərin, avadanlıq və s.-nin məcmusu. Təchizat idarəsi. Mərkəzi təchizat orqanları. - [Hacıyev:] Bu üsul...

TƏCHİZATÇI (ID - 38684)

is. Təchizat orqanları işçisi, təchizat idarəsi işçisi, təchiz etməklə məşğul olan (idarə, işçi).

TƏCİL1 (ID - 38685)

is. [ər.] klas. 1. Tələsdirmə. □ Təcil etmək (qılmaq) - tələsmək. Əksiliyini budur yəqin bil; Bəs qılma dəxi işində təcil. Xətayi. Bəs ki eylərdi sübh üçün təcil; Hər dəqiqə gəlir ona bir il. S.Ə.Şirvani.
2. fiz. Vaxt...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed