İzahlı lüğət

TƏBİƏT

is. [ər.] 1. Yerdə təbii şəraitin (yerin səthi, bitki aləmi, iqlim və s.) məcmusu; üzvi və qeyri-üzvi aləm, yerdə insan, fəaliyyəti ilə yaradılmamış hər şey. Təbiətin qanunları. - Təbiət canlanır, bahar çağıdır; Bağçalar, yamaclar çiçəklənmədə. A.Şaiq. // Hər hansı bir yerin xüsusiyyətlərinin məcmusu (onun relyefi, bitki və heyvanlar aləmi, iqlim şəraiti və s.). Qafqazın təbiəti. Azərbaycanın dağlıq rayonlarının təbiəti. - Şimalın təbiəti çox zəngindir. M.İbrahimov. Şəhər və ya başqa yaşayış məntəqəsindən kənar yer və ya yerlər (meşə, dağ, çay və s.). Təbiətə yaxınlıq. Təbiətə çıxmaq. - inci heyrətlə təbiətin bu gözəlliyinə tamaşa edir. A.Şaiq. Hər yamacda bir tamaşa; Könlüm uçur dağa-daşa; Seyr etdikcə təbiəti. M.Müşfiq.
Xasiyyət, xarakter. [Badisəba:] Zatən, təbiətimiz [Muradla] bir-birinə uyğun gəldi, mən də fırtına keçirməyi sevmərəm. Çəmənzəminli. Bu iki adamın [Kərim baba və Ayrım qızının] təbiəti bir-birinə əsla uymurdu. Şaiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed