İzahlı lüğət

TƏRAVƏTLİ (ID - 39186)

sif. və zərf 1. Təravəti olan; tər, təzə. Təravətli gül. - ..Hər tərəfdə otlar göyərmiş, ağacları təravətli yarpaqlar örtmüşdür. M.İbrahimov. .
Təmiz, saf, sərin. Bayırda gözəl, ilıq dağ yerlərinə məxsus yüngül...

TƏRBİYƏ (ID - 39187)

is. [ər.] 1. Təhsil verməklə, hər hansı adət, ədəb və davranış qaydaları və s. aşılamaqla yetişdirib böyütmə. ..Əhməd bir daha evlənməyi özünə artıq bilib, daim [Rəfiqənin] tərbiyəsilə özü məşğul olardı. İ.Musabəyov.
2....

TƏRBİYƏÇİ (ID - 39188)

is. 1. Uşaq tərbiyə müəssisələrində (körpələr evi, uşaq bağçası, uşaq evi və s.) uşaqların tərbiyəsi ilə məşğul olan adam. Ağlı söz kəsəndən bəri ana nəvazişini tərbiyəçilərdə görən.. Budaq xalasının söhbətindən...

TƏRBİYƏLƏNDİRİLMƏ (ID - 39189)

“Tərbiyələndirilmək”dən f.is.

TƏRBİYƏLƏNDİRİLMƏK (ID - 39190)

məch. Tərbiyə edilmək.

TƏRBİYƏLƏNDİRMƏ (ID - 39191)

“Tərbiyələndirməkdən f.is.

TƏRBİYƏLƏNDİRMƏK (ID - 39192)

f 1. Tərbiyə vermək, tərbiyə öyrətmək. Uşağı tərbiyələndirmək.
2. Sistematik təsir və təlim vasitəsilə birinin və ya bir çoxlarının inkişafına, təfəkkür tərzinə, hisslərinə təsir etmək; böyütmək, yetişdirmək....

TƏRBİYƏLƏNMƏ (ID - 39193)

“Tərbiyələnməkdən f.is.

TƏRBİYƏLƏNMƏK (ID - 39194)

f Tərbiyə almaq, tərbiyə öyrənmək. Uşaq valideynlərindən tərbiyələnir. - Altı il ərzində Budaq oxudu, tərbiyələndi. Ə.Vəliyev.

TƏRBİYƏLİ (ID - 39195)

sif. Yaxşı tərbiyə görmüş, özünü aparmağı bacaran; əxlaqlı. Tərbiyəli oğlan (qız). - Qoşatxan mədəni və tərbiyəli adam idi. M.İbrahimov.

TƏRBİYƏSİZ (ID - 39196)

sif. Yaxşı tərbiyə görməmiş, özünü aparmağı bacarmayan; əxlaqsız, ədəbsiz. Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama! M.Ə.Sabir.

TƏRBİYƏVİ (ID - 39197)

sif. [ər.] Tərbiyə üçün edilən, tərbiyə üçün əhəmiyyəti olan, tərbiyəyə aid olan, tərbiyə baxımından. [Qüdrət:] Tərbiyəvi məqsədlə deyilən bir sözə əsasən istehsalatın taleyini həll etmək nə mənə yaraşır, nə...

TƏRCİBƏND (ID - 39198)

is. [ər. tərci və fars. bənd] ədəb. Mövzu və vəzn etibarilə bir olub, birinci bəndin bütün misraları həmqafiyə, ikinci bəndin son beyti istisna olmaqla bütün misraları, axırda isə birinci bəndin son beyti nəqərat kimi təkrar...

TƏRCİH (ID - 39199)

is. [ər.]: tərcih etmək - üstün tutmaq, üstünlük vermək. [Ramazan] buğlanan yağlı bozbaşı mübahisəyə tərcih etdi. M.Hüseyn.

TƏRCÜMAN (ID - 39200)

is. [ər. “tərcüməkdən] köhn. 1. Tərcüməçi. Həmin məsələlərdən birisi də sabiq alman konsulxanası tərcümanlarından Əbülfət mirzənin evini axtarmaq və bəzi məsələləri aydın etməkdən ibarət idi. M.S.Ordubadi.
2. məc....

TƏRCÜMEYİ-HAL (ID - 39201)

is. [ər.] Bir şəxsin həyatının təsviri; həyat tarixçəsi; bioqrafiya. [Budaq] istəyirdi ki, öz tərcümeyi-halını yazsın. Ə.Vəliyev. [Fərəc Fəridəyə:] Mən ancaq onu demək istəyirdim ki, siz [Şeydanın] tərcümeyi-halına bələd...

TƏRCÜMƏ (ID - 39202)

is. [ər.] Bir dildən başqa dilə çevirmə (çevrilmə). Sərbəst tərcümə. “Şahnamə” nin tərcüməsi. - Usta Zeynalın dükanında Mirzə qəzəllər oxuyub, sonra oxuduğu qəzəlləri rus dilinə tərcümə edirdi. Ə.Haqverdiyev. [Rüstəm...

TƏRCÜMƏÇİ (ID - 39203)

is. Bir dildən başqa dilə tərcümə etməklə məşğul olan adam; mütərcim. Teymur tərcüməçi vasitəsilə alimə müraciət edərək soruşur.. “M.N.lətif.”

TƏRƏ (ID - 39204)

bax pencər. Tərə yeyən də yaza çıxar, kərə yeyən də. (Ata. sözü).

TƏRƏCƏ (ID - 39205)

is. Üstünə barama qurdu buraxmaq və ya üstündə pambıq, meyvə və s. qurutmaq üçün qamış, qarğı və s.-dən hörgü. Baramanı tərəcəyə buraxmaq. - Bütün manqalarda pambığı havada qurutmaqdan ötrü hər yığıcı üçün qamışdan...

TƏRƏÇİÇƏKLİLƏR (ID - 39206)

cəm bot. Bəzi ot, yarımkol və kolların daxil olduğu bitki fəsiləsi.

TƏRƏDDÜD (ID - 39207)

is. [ər.] 1. Bir işi görməkdə, bir məsələni həll etməkdə qətiyyət göstərməmə, qərarsızlıq göstərmə, nə edəcəyini bilməmə, qəti qərara gələ bilməmə; qərarsızlıq. [Əli] daima axtarış yolunda, tərəddüd içində...

TƏRƏDDÜDLÜ (ID - 39208)

sif. 1. Tərəddüd keçirən, nə edəcəyini qəti bilməyən, bir qərara gələ bilməyən, tərəddüd içərisində qalmış. Tərəddüdlü adam. // Tərəddüdlə edilən, qəti olmayan. Tərəddüdlü cavab.
2. Çox gediş-gəliş olan: hərəkətli....

TƏRƏDDÜDSÜZ (ID - 39209)

zərf Tərəddüd etmədən, qəti olaraq. Bəli, Bağdad! - deyə, Zahidoğlu tərəddüdsüz cavab verdi. S.Rəhimov.

TƏRƏDDÜM (ID - 39210)

is. [ər.] köhn. İrəlidə olma, ötmə.

TƏRƏF (ID - 39211)

is. [ər.] 1. Bir şeydən hər hansı istiqamətə doğru yerləşən sahə, yer; həmin istiqamətin özü; cəhət. Müxtəlif tərəflərə getmək. Çöl tərəfdən. Meşə tərəfə. Evə tərəf. // Bir şeyin ortasından və ya orta xəttindən...

TƏRƏFDAR (ID - 39212)

is. [ər. tərəf və fars. ...dar] Birinin tərəfini saxlayan, tərəfində duran, onu müdafiə edən adam; tərəfgir. Molla Xəlil açıqdan-açığa görürdü ki, kənddə müəllimin tərəfdarları vardır. S.Hüseyn. Çıxmısan meydana, yalqızsan,...

TƏRƏFDARLIQ (ID - 39213)

is. Tərəfdar olma, tərəfini tutma, tərəfgirlik.

TƏRƏFGİR (ID - 39214)

[ər. tərəf və fars. ...gir] bax tərəfdar.

TƏRƏFGİRLİK (ID - 39215)

bax tərəfdarlıq. Təəssüf ki, bəzən tənqiddə xoşa gəlməyən bir tərəfgirlik, dostbazlıq baş verir ki, baxanda quruyub qalırsan. S.Rəhimov.

TƏRƏHHÜM (ID - 39216)

is. [ər.] klas. Rəhm, mərhəmət. Olmazmı kəniz cinsi-mərdüm? Yoxdurmu kənizə həm tərəhhüm? Füzuli. □ Tərəhhüm etmək (eyləmək) klas. - rəhm etmək. [Vəzir:] Başına dönüm, keçən padşahlar ədalətin icrasında övlad və...

TƏRƏK (ID - 39217)

is. [fars.] Yağda qovrulmuş şəkər və undan hazırlanan halva növü; sucuq. Ramazan ayının özünə məxsus süfrəsi vardı: firni, tərək, bal halvası, nazik yuxa, şorqoğalı.. və sairə. H.Sarabski.

TƏRƏKƏ (ID - 39218)

is. [ər.] Mirasın varislər arasında bölümü.

TƏRƏKƏMƏ (ID - 39219)

is. 1. Keçmişdə: Azərbaycanda köçəri heyvandarlara verilən ad. Tarverdi başıbağlı, koxa və Məşədi Qurban və Nəcəf, Namaz və başqa tərəkəmələr oturublar. M.F.Axundzadə. Məlumdur ki, bir az hava qızdı, tərəkəmə əhli aranda...

TƏRƏQQİ (ID - 39220)

is. [ər.] İrəliləmə, irəliləyiş, inkişaf. Mədəniyyətin tərəqqisi. - Aqronom, baytar, zootexnik, mühəndis, yerölçən yeni kəndin tərəqqisi uğrunda ciddi işə girişdi. Ə.Vəliyev. □ Tərəqqi etmək - irəliləmək; inkişaf etmək....

TƏRƏQQİPƏRVƏR (ID - 39221)

sif. [ər. tərəqqi və fars. ...pərvər] İctimai tərəqqiyə çalışan, ona xidmət və yardım edən; ictimai-iqtisadi cəhətdən qabaqcıl. Tərəqqipərvər adam. Tərəqqipərvər qüvvələr. - Ağəli tərəqqipərvər iranlıların ən qeyrətli,...

TƏRƏNNÜM (ID - 39222)

is. [ər.] Gözəl səslə yavaşdan oxuma, ötmə. Quşların şən tərənnümü. □ Tərənnüm etmək - 1) gözəl səslə yavaşdan oxumaq. Quşlar tərənnüm edir; 2) nəğmələrdə, mahnılarda, şeirdə təsvir etmək, şöhrətləndirmək....

TƏRƏSSÜD (ID - 39223)

is. [ər.] 1. Diqqətli baxış, göz dikmə.
2. Arzu etmə.

TƏRƏVƏZ (ID - 39224)

is. Yemək və xörək üçün işlədilən bostan bitkiləri (xiyar, kök, çuğundur, pomidor, badımcan və s.).

TƏRƏVƏZÇİ (ID - 39225)

is. Tərəvəz əkib becərməklə məşğul olan adam. Tərəvəzçilər briqadası.

TƏRƏVƏZÇİLİK (ID - 39226)

is. Kənd təsərrüfatının tərəvəz əkib-becərməklə məşğul olan sahəsi. Tərəvəzçilik sovxozu. Tərəvəzçilik gəlirli sahədir. // Tərəvəz əkib-becərmə, tərəvəzçiliklə məşğul olma.

TƏRƏVƏZLİK (ID - 39227)

is. Tərəvəz əkilmiş yer, tərəvəz tarlası, dirrik. Əsəd həyətdəki tərəvəzlikdə qurdalanırdı. S.Rəhman.

TƏRƏZİ (ID - 39228)

is. [fars. tərazu] Ağırlığı çəkib müəyyənləşdirmək üçün cihaz. Tərəzi başında duran kolxozçu tez-tez pambıq kisələrini çəkir, rəqəmləri ucadan deyir, briqada başçısı da dəftərçəsinə qeyd edirdi. T.Ş.Simurq.
□□...

TƏRƏZİÇİ (ID - 39229)

is. Şeyləri tərəzidə çəkən və ya onların çəkilməsinə nəzarət edən işçi. // Qapançı.

TƏRƏZİPULU (ID - 39230)

is. Şeyləri tərəzidə çəkmək üçün alman rüsum.

TƏRGİTDİRMƏ (ID - 39231)

“Tərgitdirmək”dən f.is.

TƏRGİTDİRMƏK (ID - 39232)

icb. Tərgitməyə məcbur etmək.

TƏRGİTMƏ (ID - 39233)

“Tərgitmək”dən f.is.

TƏRGİTMƏK (ID - 39234)

f Adət etdiyi pis və ya zərərli adətdən əl çəkmək, həmin işi daha etməmək. İçkini tərgitmək. Papirosu tərgitmək. - Əsil məsələ [tənbəllərə, şöhrətpərəstlərə, aravuruşduranlara] bu xasiyyətləri tərgitməkdir. Ə.Sadıq....

TƏRHALVA (ID - 39235)

is. Yağda qovrulmuş un və doşabdan bişirilən halva növü.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed