İzahlı lüğət

TƏCİL2 (ID - 38686)

is. [ər.] klas. Möhlət vermə, müəyyən bir vaxta qədər təxir etmə.

TƏCİLƏN (ID - 38687)

zərf [ər.] Təcili (surətdə), tələsik, tez-tələsik, yubanmadan. Məşədi Əsgər təcilən [müsafirə] tərəf yan alıb çamadanını aparmaq üçün öz dili ilə ona iltica etdi. S.M.Qənizadə.

TƏCİLİ (ID - 38688)

zərf [ər.] 1. Tələsik, tez, dərhal, əlüstü, çapıq. Təcili cavab. Adamlar təcili hazır oldular. - [Kərəm] Qaragözə təcili çay hazırlatdı.. M.İbrahimov. Bahadurun .. təcili gedişi Rənanın ürəyində dərin bir kədər doğurdu....

TƏCNİS (ID - 38689)

TƏCRİD (ID - 38690)

is. [ər.] Ayırma, təkləmə. □ Təcrid edilmək (olunmaq) - ayrılmaq, başqalarından ayrı saxlanmaq, təklənmək. Təcrid etmək - ayırmaq, başqalarından ayrı saxlamaq, təkləmək. Yoluxucu xəstəliklərə tutulanları təcrid etmək.

TƏCRÜBƏ (ID - 38691)

is. [ər.] 1. Sınama, sınaq, yoxlama. Təcrübə uçuşu. Təcrübə müddəti. Təcrübə məşğələləri. - Bu ildən təcrübə üçün xüsusi bir sahədə əkməyə icazə verdilər. M.Rzaquluzadə. □ Təcrübə etmək (aparmaq) - təcrübə...

TƏCRÜBƏÇİ (ID - 38692)

is. 1. Təcrübə keçən, praktikant. Təcrübəçi tələbə. // Bax stajçı. Təcrübəçi çilingər. Təcrübəçi toxucu.
2. Adətən hər hansı kənd təsərrüfatı bitkiləri yetişdirmək, yeni növlər almaq və s. məqsədlərlə təcrübə...

TƏCRÜBƏÇİLİK (ID - 38693)

is. Təcrübə ilə məşğul olma, təcrübəçinin (2-ci mənada) gördüyü iş; təcrübə işi. Təcrübəçiliklə məşğul olmaq.

TƏCRÜBƏLƏNMƏ (ID - 38694)

“Təcrübələnmək”dən f.is.

TƏCRÜBƏLƏNMƏK (ID - 38695)

f . Təcrübə qazanmaq, təcrübəli olmaq, təcrübə əldə etmək. “Yatağan” balıqlar artıq “təcrübələnmişdilər” . Təhlükə hiss edən kimi qayanın altına şütüyür, .. dəlmə-deşiyə dürtülürdülər. İ.Hüseynov.

TƏCRÜBƏLİ (ID - 38696)

sif. Bir işdə, ixtisasda, sənətdə, peşədə təcrübəsi, biliyi, vərdişi, böyük səriştəsi olan. Təcrübəli müəllim. Təcrübəli sürücü. - Fərman verir qoşunlara ağsaqqal; Təcrübəli, acıqlı bir general. A.Səhhət. Mədən...

TƏCRÜBƏLİLİK (ID - 38697)

is. Təcrübəli olma, təcrübəli adamın hal və keyfiyyəti. Həkimin təcrübəliliyi.

TƏCRÜBƏSİZ (ID - 38698)

sif. Təcrübəsi, biliyi, vərdişi olmayan və ya az olan. Təcrübəsiz usta.
..Onda da bu quşlar təcrübəsiz və əsəbi ovçunu diksindirər.. M.Rzaquluzadə. Barama bəsləmək çox incə və çətin iş olduğundan təcrübəsiz adam onun...

TƏCRÜBƏSİZLİK (ID - 38699)

is. Təcrübənin olmadığı hal, təcrübənin olmaması. Təcrübəsizlikdən qəzaya yol vermək.

TƏCRÜBƏVİ (ID - 38700)

sif. [ər.] Təcrübəyə aid olan, təcrübə üçün olan, təcrübə ilə bağlı olan; əməli, təcrübi. ..K.A.Timiryazev birinci dəfə olaraq enerjinin saxlanması qanununu fotosintezdə təcrübəvi surətdə isbat etmişdir. “Bitki fiziologiyası”...

TƏCRÜBİ (ID - 38701)

[ər.] 1. Bax təcrübəvi. Şiraslanın indiki təcrübi işi, gərgin vəziyyəti heç də onun ötən arzularından ayrılmırdı. S.Rəhimov.
2. sif. Təcrübəyə əsaslanan, eksperimental. Təcrübi elmlər. Təcrübi təbabət. Təcrübi metod....

TƏDARÜK (ID - 38702)

is. [ər.] Bir şeyi qabaqcadan hazırlama; bir işi görmək üçün əvvəlcədən hazırlıq görmə; hazırlıq, ehtiyat. Yun tədarükü. Heyvanlar üçün yem tədarükü. // Həmin şeylərin özü. Bəylə xanımın çamadanı və yol tədarükü...

TƏDARÜKÇÜ (ID - 38703)

is. Tədarük işi ilə məşğul olan adam. Ət tədarükçüsü.

TƏDAVİ (ID - 38704)

is. [ər.] köhn. Müalicə etmə, müalicə aparma; müalicə.

TƏDAVÜL (ID - 38705)

is. [ər.] iqt. Əmtəə təsərrüfatında: əmək məhsulunu və başqa mülkiyyət obyektlərini alğı-satqı yolu ilə dəyişmə forması. Əmtəə tədavülü.

TƏDBİR (ID - 38706)

is. [ər.] 1. Bir işi görmək, həyata keçirmək üçün üsul(lar), vasitə(lər), yol(lar). Məhsuldarlığı artırmaq tədbirləri. Ərzaq problemini həll etmək üçün tədbirlər. Kütləvi tədbirlər. □ Tədbir tökmək (görmək) - bir...

TƏDBİRLİ (ID - 38707)

sif. Tədbirlə iş görən, ehtiyatlı, işini bilən, ağıllı. [Seyid:] Bax, indi gör ki, mən necə tədbirli şəxsəm. Ə.Haqverdiyev. Ona elə gəldi ki, qarşısında çox ağıllı, tədbirli.. bir adam dayanmışdı. B.Bayramov.

TƏDHİŞ (ID - 38708)

is. [ər.] köhn. Dəhşətə salma; çaşdırma. // Terror.

TƏDHİŞÇİ (ID - 38709)

is. köhn. Terrorçu.

TƏDİYƏ (ID - 38710)

is. [ər.] mal. Ödəmə, ödənmə; ödənilən məbləğ. Tədiyə borcu. □ Tədiyə etmək - borcunu ödəmək. [Yaşlı kişi:] Vaxtlı-vaxtında verəcəyini tədiyə edərdi, aramızda veksel olmazdı. S.Hüseyn.

TƏDİYƏÇİ (ID - 38711)

is. Borcunu verən, ödəyən.

TƏDQİQ (ID - 38712)

is. [ər.] 1. Bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. Torpağın tədqiqi. Arktikanın tədqiqi. Atom enerjisindən istifadə sahəsində tədqiq. □ Tədqiq etmək...

TƏDQİQAT (ID - 38713)

is. [ər. “tədqiq” söz. cəmi] 1. B a x tədqiq 1 -ci mənada. Elmi tədqiqat institutu. Tədqiqatın nəticəsini istehsalata tətbiq etmək.
2. Bax tədqiq 2-ci mənada.

TƏDQİQATÇI (ID - 38714)

is. Bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim. Tədqiqatçıların çıxardıqları elmi nəticələr.

TƏDQİQATÇILIQ (ID - 38715)

is. Tədqiqatla məşğul olma, tədqiqat işləri aparma; tədqiqat işi.

TƏDRİC (ID - 38716)

is. [ər.] 1. Dərəcə-dərəcə, yavaşyavaş irəliləmə (irəlilətmə), az-az hərəkət.
2. ədəb. Bədii əsərdə ifadənin mənaca getgedə, dərəcə-dərəcə qüvvətlənməsi, yaxud zəifləməsi.

TƏDRİCƏN (ID - 38717)

zərf [ər.] Yavaş-yavaş, tədriclə, az-az, dərəcə-dərəcə. Keçəngünkü hadisədən və gecəki ciddi iztirablardan sonra Əbiş tədricən öz mühakiməsini itirmək üzrə idi. S.Rəhimov.

TƏDRİCİ (ID - 38718)

sif [ər.] Yavaş-yavaş olan, yavaş-yavaş baş verən, cərəyan edən. Tədrici hərəkət.

TƏDRİCLƏ (ID - 38719)

TƏDRİS (ID - 38720)

is. [ər.] Dərs vermə; dərs oxuma, təhsil alma, dərs keçmə. Ali məktəbdə xarici dillərin tədrisi. Tədris planı. - Darülfünuna daxil olduğum tədris ili darülfünun tələbələrinin tətili ilə başlandı. T.Ş.Simurq.

TƏƏCCÜB (ID - 38721)

is. [ər.] 1. Qeyri-adi, gözlənilməz, qəribə, anlaşılmaz şeydən doğan güclü təəssürat nəticəsində insanda əmələ gələn hal; heyrət. Asəf onları heyrət və təəccüb içərisində Altun qəsrdən çıxardı. M.S.Ordubadi. [Nuriyyə:]...

TƏƏCCÜBLƏNDİRMƏ (ID - 38722)

“Təəccübləndirməkdən f.is.

TƏƏCCÜBLƏNDİRMƏK (ID - 38723)

TƏƏCCÜBLƏNMƏ (ID - 38724)

“Təəccüblənməkdən f.is.

TƏƏCCÜBLƏNMƏK (ID - 38725)

f . Təəccüb etmək, heyrət etmək. Ləman əvvəl təəccübləndi, sonra gülməyini güclə saxlayıb, sərbəst bir hərəkətlə başını geri atdı, xurmayı saçları dalğalandı. H.Seyidbəyli.

TƏƏCCÜBLÜ (ID - 38726)

sif. Təəccüb doğuran, gözlənilməz, qəribə, heyrətə salan. Təəccüblü iş. - Həkim təəccüblü (z.) baxır hacılara tərəf və bir şey başa düşmür. C.Məmmədquluzadə. Murad üçün ən təəccüblü bu idi ki, bəzi adamlar uşaqdan...

TƏƏHHÜD (ID - 38727)

is. [ər.] köhn. Öhdəyə götürmə; öhdəyə götürülmüş şey; öhdəlik. Götürdüyü təəhhüdün yarısını [Səkinə] bir ayın ərzində yerinə yetirmişdi. H.Seyidbəyli.

TƏƏHHÜDNAMƏ (ID - 38728)

is. [ər. təəhhüd və fars. ...namə] köhn. Öhdəyə götürülmüş şeyin, öhdəliklərin yazıldığı sənəd.

TƏƏLLÜQ (ID - 38729)

is. [ər.] Asılı olma, əlaqəli olma, ilişkə.

TƏƏRRÜZ (ID - 38730)

is. [ər.] Sataşma, təcavüz etmə, hücum etmə.

TƏƏSSÜB (ID - 38731)

is. [ər.] 1. Bir fikrə, əqidəyə, məsləkə kor-koranə bağlanıb, başqalarına kin və ədavət bəsləmə; qeyrətkeşlik, fanatizm. Bağdad xalqının gözü qarşısında meyitlərin üç gün dar ağacında qalması ərəb təəssübünün...

TƏƏSSÜBKEŞ (ID - 38732)

is. [ər. təəssüb və fars. ...keş] 1. Təəssüb çəkən; fanatik. Təhmasibin yaratdığı Əbu-Ubeyd son dərəcə təəssübkeş bir ərəb xadimi və islam mücahidi idi. Cəfərov.
2. Qeyrət çəkən, namusunu qoruyan, qeyrətkeş. [Leylək...

TƏƏSSÜF (ID - 38733)

is. [ər.] 1. Kədərlənmə, acıma, heyifsilənmə, təəssüflənmə; kədər hissi. Təəssüf etmək (eləmək) - bax təəssüflənmək 1-ci mənada. [Şeyx Hadi:] Çarəsiz biz də Hindi tərk edərək; Geri döndük təəssüf eyləyərək. H.Cavid....

TƏƏSSÜFLƏNMƏ (ID - 38734)

“Təəssüflənməkdən f.is.

TƏƏSSÜFLƏNMƏK (ID - 38735)

f 1. Təəssüf etmək, kədərlənmək, heyifsilənmək. Həmzə isə artıq, məsələni gizlətməyin lüzumsuz olduğunu düşünüb, açıqca təəssüflənirdi. Ə.Əbülhəsən. Kələntərli isə elə bil ki,.. cavan oğlanla axıra qədər söhbət...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed