İzahlı lüğət

TƏCRÜBƏ

is. [ər.] 1. Sınama, sınaq, yoxlama. Təcrübə uçuşu. Təcrübə müddəti. Təcrübə məşğələləri. - Bu ildən təcrübə üçün xüsusi bir sahədə əkməyə icazə verdilər. M.Rzaquluzadə. □ Təcrübə etmək (aparmaq) - təcrübə yolu ilə yoxlamaq, sınamaq. Yeni buğda növü üzərində təcrübə aparmaq.
indi.. addımlayan ekskavatorla yükləməyi də təcrübə etmək pis olmazdı. Ə.Sadıq. Təcrübədən çıxmaq - yoxlanmaq, sınanmaq. Təcrübədən çıxmış - təcrübəli, bərkdənboşdan çıxmış, sınaqdan çıxmış, sınanmış. Bir para təcrübədən çıxmış dovşanlar çarpaz yolla qaçaraq tazıları çaşdırar, arabir də vaz atardılar. H.Sarabski. Təcrübədən keçirmək
yoxlamaq, sınamaq. Məhsuldar pambıq növünü təcrübədən keçirmək.
2. Tədqiq etmək üçün hər hansı bir hadisəni süni surətdə yaradılmış şəraitdə təkrar etmə; elmi bilikləri laboratoriya yolu ilə yoxlama. Təcrübə gözlənilən nəticəni vermədi. Alimin apardığı təcrübələr müsbət nəticə verdi. - [Yaşarın] bu axırıncı təcrübəsindən bir şey çıxarsa, bütün kimya elmində bir inqilabdır.. C.Cabbarlı. Bir ay sonra Murad klinik təcrübəsini yarımçıq buraxıb, Bakıya getdi. Çəmənzəminli.
Həyatdan, praktiki fəaliyyətdən və s.-dən əldə edilmiş biliklərin, vərdişlərin məcmusu. istehsalat yenilikçilərinin təcrübəsi. Həyat təcrübəsi. - [Məşədi Həsən:] Şəxs dünyada nə qədər ömür etmiş olsa, bir eylə onun təcrübəsi artıq olar. Ə.Haqverdiyev. // Keçmişdə olmuş, işdə, həyatda yoxlanmış, sınanmış, əvvəllər təsadüf olunmuş şey. Şəxsi təcrübənin nəticəsi. - Özümə görə də təcrübə hasil eləmişəm. C.Məmmədquluzadə.
Adamların, cəmiyyətin yaşaması üçün lazım olan şəraiti yaratmağa yönəldilmiş fəaliyyətin məcmusu; praktika. Nəzəriyyənin təcrübəyə təsiri.
Hər hansı nəticələrin, müddəaların praktik işdə tətbiqi və yoxlanması. Səmərələşdirici təklifləri təcrübədə tətbiq etmək.
Hər hansı bilik və vərdişlərin işdə tətbiq edilməsi, bir işi yaxşı mənimsəmək üçün müntəzəm məşğul olma, təlim keçmə. Gənc fəhlə birillik təcrübədən sonra usta oldu. Keçən illərin təcrübəsi göstərmişdi ki, çoxlu pambıq götürmək üçün birinci şərt torpağı əvvəlcədən hazırlamaqdır. I.Əfəndiyev. // Tələbələrin, şagirdlərin və b.-nm nəzəri biliklərinin, tədris prosesinin tərkib hissəsi kimi işdə tətbiqi və sabitləşməsi. Tələbələrin pedaqoji təcrübəsi. istehsalat təcrübəsi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed