
TƏCRÜBƏLİsif. Bir işdə, ixtisasda, sənətdə, peşədə təcrübəsi, biliyi, vərdişi, böyük səriştəsi olan. Təcrübəli müəllim. Təcrübəli sürücü. - Fərman verir qoşunlara ağsaqqal; Təcrübəli, acıqlı bir general. A.Səhhət. Mədən işlərinə olan böyük həvəsi sayəsində [Araz] artıq ən təcrübəli bir usta olmuşdu. A.Şaiq. // Böyük həyat təcrübəsi olan, bərkdən-boşdan çıxmış; dünyagörmüş. Təcrübəli qadın.
[Məşədi Həsən:] ..Upravada gərək təcrübəli adamlar əyləşsinlər. Ə.Haqverdiyev. Təcrübəli Fərhadoğlu vurnuxur, nə isə qəti bir qərara gələ bilmirdi. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|