İzahlı lüğət

TƏƏCCÜB

is. [ər.] 1. Qeyri-adi, gözlənilməz, qəribə, anlaşılmaz şeydən doğan güclü təəssürat nəticəsində insanda əmələ gələn hal; heyrət. Asəf onları heyrət və təəccüb içərisində Altun qəsrdən çıxardı. M.S.Ordubadi. [Nuriyyə:] ..Muradın baxışlarındakı təəccübü hiss edərək daha ciddi bir görkəm aldım. İ.Əfəndiyev. □ Təəccüb etmək (eləmək) - təəccüblənmək, heyrətlənmək. Mənə can vermədə minlərcə polad zərbəçilər; Gördüyüm işlərə düşmən də təəccüb eylər. M.Müşfıq. Belə ağır bir mərasimdə, belə ağır fəlakət müqabilində ananın dözümünə çoxları təəccüb edirdi. Mir Cəlal.
Əcaib, qəribə, təəccüblü, heyrət doğuran. Təəccüb şeydir... - [Harun:] Cürətin, Zeyda, təəccübdür sənin. U.Hacıbəyov. Təəccüblə şəklində zərf - təəccüblü nəzərlə, heyrətlə. Bu çəkməli kimdir belə? deyə bəy təəccüblə soruşur. S.Rəhimov. Arvad təəccüblə Teymura baxıb tələsik cavab verdi. H.Seyidbəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed